Выбрать плеер:

Bu ərəb ölkəsi etirazla çalxalanır | Xalq Prezidentin etdiyinə görə küçələrə axışdı

24 декабря 2024 304 просмотров

Misirin paytaxtı Qahirədə kütləvi etiraz aksiyaları başlayıb.

Bu barədə “Baltimore Chronicle” nəşri məlumat yayıb.

Məlumata görə, yüzlərlə insan küçələrə çıxaraq Prezident Əbdülfəttah əs-Sisinin idarəçiliyinə qarşı narazılığını ifadə edir. Etirazların əsas səbəbləri arasında iqtisadi vəziyyətin ağırlaşması, yüksək korrupsiya səviyyəsi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması göstərilir.

Narazılığın ən böyük səbəbi isə yeni prezident sarayı və inzibati paytaxtın tikintisi barədə elan olub. Bu layihələrin ümumi dəyəri 45 milyard dollar həcmində qiymətləndirilir.

Vətəndaşların həyat şəraitinin pisləşdiyi bir vaxtda belə xərcləmələr geniş narazılıq doğurub.

2014-cü ildə hakimiyyətə gələn Əbdülfəttah əs-Sisi 2019-cu ildə keçirilən referendum vasitəsilə prezidentlik müddətini dörd ildən altı ilə qədər uzadıb. Lakin onun idarəçiliyi dövründə ölkədəki sosial-iqtisadi vəziyyət yaxşılaşmayıb. Əksinə, bir çox vətəndaş onun iqtisadi siyasətinin böhranı daha da dərinləşdirdiyini düşünür.

Etiraz aksiyalarında 2013-cü ildə hakimiyyətdən uzaqlaşdırılmış “Müsəlman Qardaşları” hərəkatının tərəfdarları da fəal iştirak edir.

Hazırda Qahirədə nümayişlər davam edir və etirazların miqyası genişlənməkdədir. Misir hökuməti isə hələlik hadisələrlə bağlı rəsmi açıqlama verməyib.

Скопировано
Türkiyə MN sözçüsündən ABŞ barədə açıqlama

Türkiyə MN sözçüsündən ABŞ barədə açıqlama

Dünya
12 марта 2026 304 просмотров
“Hərbi əməliyyatlar kökündən dəyişib, qeyri-ənənəvi təhdidlər var” | Sebastian Kurz 

“Hərbi əməliyyatlar kökündən dəyişib, qeyri-ənənəvi təhdidlər var” | Sebastian Kurz 

Dünya
12 марта 2026 304 просмотров
Ukrayna Prezidenti Fransaya niyə gedir? - Baku TV CANLI

Ukrayna Prezidenti Fransaya niyə gedir? - Baku TV CANLI

Dünya
12 марта 2026 304 просмотров
Müctəba Hüseyni Xamenei barədə təcili məlumat - Baku TV CANLI

Müctəba Hüseyni Xamenei barədə təcili məlumat - Baku TV CANLI

Dünya
12 марта 2026 304 просмотров
Çin Tokionun hərbiləşməsi ilə bağlı Yaponiyaya xəbərdarlıq edib

Çin Tokionun hərbiləşməsi ilə bağlı Yaponiyaya xəbərdarlıq edib

Dünya
12 марта 2026 304 просмотров
ABŞ kəşfiyyatı: İran hakimiyyəti ölkə üzərində nəzarəti hələ də saxlayır

ABŞ kəşfiyyatı: İran hakimiyyəti ölkə üzərində nəzarəti hələ də saxlayır

Dünya
12 марта 2026 304 просмотров
2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş

2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş

Dünya
12 марта 2026 304 просмотров
"Qırmızı planet"dəki bu maddə elmə məlum deyil

"Qırmızı planet"dəki bu maddə elmə məlum deyil

Dünya
12 марта 2026 304 просмотров
İraq sahillərində yanan tankerlər söndürüldü

İraq sahillərində yanan tankerlər söndürüldü

Dünya
12 марта 2026 304 просмотров
Palimpsest bu günədək itmiş hesab olunurdu

Palimpsest bu günədək itmiş hesab olunurdu

Dünya
12 марта 2026 304 просмотров
Выбранные
icon