Выбрать плеер:

Bunkerlərin tikintisi neçə min avroya başa gəlir?

18 марта 2026 126 просмотров

Yaxın Şərqdə baş verən proseslər fonunda dünyanın bir sıra ölkələrində bunker tikintisi üçün müraciət edənlərin sayının artdığı bildirilir. Xüsusilə nüvə elektrik stansiyalarının yaxınlığında yaşayanların belə sığınacaqlara maraq göstərdikləri deyilir.

Fransanın “Le Parisien” qəzeti xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Atlas Survival Shelters” şirkətinə bunkerlərin quraşdırılması ilə bağlı dünyanın müxtəlif ölkələrindən zənglər daxil olub. Şirkətin rəhbəri bildirib: “Bu tip məhsullara tələbat hazırda ən yüksək səviyyədədir, əvvəllər belə halla rastlaşmamışam”.

Oxşar vəziyyət Fransada bunker tikintisi üzrə ixtisaslaşmış “France Bunker” şirkətində də müşahidə olunur. Şirkətin rəhbəri deyib ki, onların saytında bir gün ərzində “iki ay yarımlıq konsultasiya ziyarəti” qeydə alınıb.

Bununla belə, Fransada bunker quraşdırmaq o qədər də asan deyil. Bu iş ciddi qaydalarla tənzimlənir. Belə ki, bunker tikdirmək istəyən şəxsin kifayət qədər böyük torpaq sahəsi və ciddi maliyyə imkanları olmalıdır.

Məlumata görə, bunkerlərin bir neçə növü mövcuddur. Ən sadə bunkerin qiyməti təxminən 60 min avrodan başlayır. 10–12 kvadratmetrlik belə sığınacaqda 2-3 həftə yaşamaq mümkündür. Bu məbləğə müştərilər su və elektrik şəbəkəsinə qoşulan kiçik bir yeraltı otaq əldə edirlər.

Torpağın xüsusiyyətlərindən asılı olaraq qiymət arta bilər. Daha rahat və uzunmüddətli yaşayış üçün nəzərdə tutulan bunkerlər isə təxminən 200 min avroya başa gəlir. Bu qiymətə hava filtrasiya sistemi, ehtiyat elektrik və su, tullantı sularının emalı da daxildir. Belə bir bunkerdə 4 nəfər bir neçə il yaşaya bilər.  

Скопировано
Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?

Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?

Dünya
14 апреля 2026 126 просмотров
Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV

Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV

Dünya
14 апреля 2026 126 просмотров
Məsud Pezeşkian 6 ölkənin mövqeyini dəstəkləyib

Məsud Pezeşkian 6 ölkənin mövqeyini dəstəkləyib

Dünya
14 апреля 2026 126 просмотров
ABŞ və İran arasında növbəti raund həlledici ola bilər - Baku TV

ABŞ və İran arasında növbəti raund həlledici ola bilər - Baku TV

Dünya
14 апреля 2026 126 просмотров
Makron Tramp və Pezeşkiana çağırış etdi

Makron Tramp və Pezeşkiana çağırış etdi

Dünya
14 апреля 2026 126 просмотров
İspaniya və Çin arasında vacib görüş

İspaniya və Çin arasında vacib görüş

Dünya
14 апреля 2026 126 просмотров
Pezeşkiandan ABŞ-yə sərt cavab | "Onlar bunu qəbul etmək istəmirlər" - ANA XƏBƏR

Pezeşkiandan ABŞ-yə sərt cavab | "Onlar bunu qəbul etmək istəmirlər" - ANA XƏBƏR

Dünya
14 апреля 2026 126 просмотров
“Yeni cəbhələr açılacaq” | Məhəmməd Möhbər 

“Yeni cəbhələr açılacaq” | Məhəmməd Möhbər 

Dünya
14 апреля 2026 126 просмотров
Rusiya neftindən imtina ediləcək? | Peskovdan ABŞ ilə bağlı açıqlama

Rusiya neftindən imtina ediləcək? | Peskovdan ABŞ ilə bağlı açıqlama

Dünya
14 апреля 2026 126 просмотров
Aləmi bir-birinə vuran həmlə | İranı misli görünməmiş plan gözləyir? - Baku TV

Aləmi bir-birinə vuran həmlə | İranı misli görünməmiş plan gözləyir? - Baku TV

Dünya
14 апреля 2026 126 просмотров
Выбранные
icon