Выбрать плеер:
Daha bir ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan ediləcək - Baku TV
Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək.
Bu barədə Britaniyanın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabındakı videomüraciətində deyib.
Onun sözlərinə görə, qərar sosial şəbəkələrin uşaqların psixi sağlamlığına və rifahına təsiri ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.
K.Starmer həmçinin qeyd edib ki, belə bir qərarın həyata keçirilməsinin mürəkkəbliyinə baxmayaraq, hökumət uşaqların qorunması üçün tədbirlər görməyi zəruri hesab edir.
Baş nazirin sözlərinə görə, qadağa 16 yaşdan kiçik istifadəçilərə şamil ediləcək və rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin edilməsi üzrə ölkə siyasətində mühüm addım olacaq.
Скопировано
