Dünya liderləri Sidneydəki insidenti pisləyiblər
Sidneydə Bondi çimərliyindəki terror aktı ilə bağlı iki nəfər saxlanılıb.
Bu barədə xəbəri "The Sydney Morning Herald" qəzeti yayıb.
Məlumata görə, Avstraliyanın ən böyük şəhərinin cənub-qərbində yerləşən Bonniriq rayonunda bir evdə aparılan axtarışlardan sonra hüquq-mühafizə orqanları iki kişini həbs edib.
Qeyd olunub ki, Yeni Cənubi Uels ştatının iğtişaşlara qarşı mübarizə dəstəsinin əməkdaşları həmin şəxsləri atəş açanlardan birinə məxsus evdə aşkar ediblər.
Ştat polisinin son məlumatına görə, cinayətkarın zərərsizləşdirilməsi istisna olmaqla, 11 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb.
"İki əməkdaş odlu silah yarası alaraq kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar əməliyyat olunur", – deyə polis komissarı Mol Lanyon bildirib.
