ABŞ Zelenskiyə Donbasdan qoşunların çıxarılmasını təklif edib
Berlində keçirilən danışıqlarda ABŞ nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh müqaviləsinin bir hissəsi olaraq qoşunların Donbasdan çıxarılmasına razılıq verməsini təklif edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sayt yazır ki, Zelenski təklifə "yox" cavabı verməyib, lakin əlavə müzakirələr istəyib:
"Ukrayna lideri ABŞ administrasiyası ilə münasibətləri gərginləşdirməmək şərti ilə Ukrayna xalqının maraqlarına zidd güzəştlərdən yayınmaq istəyir".
Qeyd olunur ki, Berlində əsas müzakirə mövzuları ərazi məsələsi və Ukraynanın NATO-ya üzvlüyü olub. Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar 14-15 dekabr tarixlərində Berlində baş tutub.
ABŞ nümayəndə heyətini ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib.
Zelenski danışıqların məhsuldar olduğunu, lakin ləyaqətli sülhə nail olmaq üçün daha çox iş görülməli olduğunu bildirib .
