Выбрать плеер:
Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi
Nigeriyada “Peyğəmbər İremiya” kimi tanınan məşhur vaiz Yeremya Fufeyin 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn edib.
“Mama Asetu” kimi tanınan yaşlı qadın 2025-ci ilin may ayında vəfat edib, dekabr ayında Bayelsa əyalətində son mənzilə yola salınıb.
Dəbdəbəli dəfn mərasimi ölkədə və sosial mediada böyük ajiotaj doğurub. Bəzi mənbələr tabutun təxminən 100-150 min dollar dəyərində olduğunu iddia ediblər.
Mərasimdə mərhumun ailə üzvləri, qohumları və çoxsaylı icma üzvləri iştirak ediblər.
Dəfn mərasiminin sosial media platformalarında yayılan videoları və fotoları “dəbdəbəli vida” kimi şərh edilib və mübahisələrə səbəb olub. Çünki mərasim Bayelsa əyalətinin çox kasıb bir bölgəsində keçirilib.
Скопировано
