Выбрать плеер:
Ermənistanda sensasiyalı proses | "Çiçəklənən Ermənistan"ın lideri barədə qərar verildi - Baku TV
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
İrəvanın ümumi yurisdiksiya məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, siyasətçiyə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
İstintaqın məlumatına görə, iş 2022-2024-cü illərin hadisələri ilə əlaqələndirilir. Qaqik Tsarukyan və daha bir fiqurant təxminən 21 milyon dollar məbləğində dələduzluq və pul vəsaitlərinin qanuniləşdirilməsində ittiham olunur.
Qaqik Tsarukyan ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini bəyan edib.
Скопировано
