Выбрать плеер:
Gözə görünməyən bu sirli maddə planetlərə həyat verirmiş
Qaranlıq materiya, gözlə görünməyən kosmik maddə planetlərə enerji ötürə bilir.
Bu proses istilik ayrılması və səma cismlərinin dövr etməsinin sürətlənməsinə səbəb olur. Əsas diqqət isə gizli enerji mənbəyinin Yer planetinə təsirinə yönəlib.
Çinin Sintsyan astronomik observatoriyasının tədqiqatçıları düşünürlər ki, qaranlıq materiya Yeri yüz il isitsə, atmosferin temperaturu yüksələr. Planetimizin dövr etməsi də yüz ildə 12 saniyəyədək qısalar.
Yerlə Yupiterdən başqa bəzi ekzoplanetlər də araşdırılıb. Çinli alimlər belə qənaətə gəliblər ki, qara maddənin təsiri ilə planetlər həyat üçün yararlı vəziyyətə gələ bilər. Lakin qaranlıq enerji də hələ sirr olaraq qalır.
Скопировано
