Выбрать плеер:

İndoneziyada tarixi tapıntı görənləri heyrətləndirdi

25 марта 2026 196 просмотров

Beynəlxalq tədqiqatçılar qrupu İndoneziyanın Sulavesi adasında ən qədim qayaüstü rəsm nümunəsini və təxminən 67 800 il yaşı olan əl izini aşkar ediblər.

Bu barədə "Science Daily" nəşri məlumat yayıb.

Bildirilir ki, əl izi şəklində unikal rəsm Sulavesi adasındakı mağarada tapılıb.

Alimlərin fikrincə, nümunə əvvəllər məlum olan tapıntılardan minlərlə il qədimdir. Yaşın müəyyən edilməsi üçün tədqiqatçılar təsvirin üstündə və altında formalaşmış mineral təbəqələri təhlil edərək rəsmin yaradılma dövrünü dəqiq müəyyənləşdiriblər.

Qeyd olunur ki, təsvir yaradıldıqdan sonra qismən dəyişdirilib: barmaq xətləri daraldılıb, bunun nəticəsində əl izi caynağı xatırladan forma alıb. Alimlər belə dəyişikliklərin simvolik məna daşıya biləcəyini hesab edirlər.

Tədqiqatçıların fikrincə, tapıntı qədim insanlarda simvolik düşüncənin və mənəvi təsəvvürlərin erkən inkişafına işarə edir. Həmçinin aşkarlanan unikal tapıntı müasir insanların əcdadlarının Avstraliya və Yeni Qvineya regionuna azı 65 min il əvvəl çatdığı fərziyyəsini təsdiqləyir.

Mütəxəssislər vurğulayırlar ki, bu kəşf insanın erkən bədii fəaliyyətini daha yaxşı anlamağa kömək edir və incəsənətin əvvəllər güman edildiyindən xeyli tez yarandığını təsdiqləyir.

Скопировано
İran ABŞ-yə çağırış etdi

İran ABŞ-yə çağırış etdi

Dünya
12 июля 2026 196 просмотров
İrandan buraxıldığı bildirilən raket və PUA hücumlarının qarşısını alınıb - Baku TV

İrandan buraxıldığı bildirilən raket və PUA hücumlarının qarşısını alınıb - Baku TV

Dünya
12 июля 2026 196 просмотров
Ukraynadan genişmiqyaslı dəniz hücumu - Baku TV CANLI

Ukraynadan genişmiqyaslı dəniz hücumu - Baku TV CANLI

Dünya
12 июля 2026 196 просмотров
Dövlət başçısı Kubanın dünya üçün təhlükə olmadığını vurğulayıb - Baku TV

Dövlət başçısı Kubanın dünya üçün təhlükə olmadığını vurğulayıb - Baku TV

Dünya
12 июля 2026 196 просмотров
Kontent hazırlayan əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər

Kontent hazırlayan əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər

Dünya
12 июля 2026 196 просмотров
Fransada temperaturun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır

Fransada temperaturun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır

Dünya
12 июля 2026 196 просмотров
İordan çayının qərb sahilində əməliyyat keçirilib

İordan çayının qərb sahilində əməliyyat keçirilib

Dünya
12 июля 2026 196 просмотров
Tehrandan Vaşinqtona sərt bəyanat

Tehrandan Vaşinqtona sərt bəyanat

Dünya
12 июля 2026 196 просмотров
Ukraynada HHM sistemləri çatışmır

Ukraynada HHM sistemləri çatışmır

Dünya
12 июля 2026 196 просмотров
İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq etdi

İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq etdi

Dünya
12 июля 2026 196 просмотров
Выбранные
icon