Выбрать плеер:

İranda “Qüds günü” yürüşü | Xarici işlər nazirindən sensasiyalı açıqlamalar - Baku TV

13 марта 2026 46 просмотров

ABŞ və İsrailin hücumlarının davam etdiyi bir vaxtda İranın bir neçə şəhərində Dünya Qüds Günü münasibətilə yürüş keçirilib.

Yürüşlərdə insanlar Fələstinə dəstək, ABŞ və İsrailə isə etiraz mesajları veriblər.

Əl-Əqsa məscidi və Fələstinə dəstək ifadə edən plakatlar, eləcə də Fələstin bayraqlarının qaldırıldığı yürüşdə İsrail, ABŞ və Böyük Britaniya əleyhinə şüarlar səsləndirilib.

Aksiyada iştirak edən İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlama verib.

“Neft qiymətləri hazırda çox yüksəlib. Bölgədə ABŞ və İsrailin siyasətləri nəzərə alındıqda qiymətlərin gələcəkdə də artmağa davam etməsi ehtimalı yüksək görünür. Bunun məsuliyyəti bölgəni fəlakətə sürükləyənlərin üzərindədir, bunun hesabını həmin ölkələr verməlidir. İsrail və ABŞ-nin hücumlarına baxmayaraq, milyonlarla insanımız küçələrdədir. Onlar yalnız Tehranda deyil, bütün şəhərlərdə İslam Respublikası, Qüds, Fələstin və illərdir müdafiə etdiyimiz bütün ideallara dəstək məsələsində qətiyyətini göstərdi. İnşallah, bu güc və qətiyyətlə davam edəcəyik və düşmənlərimiz İran xalqının gücünü qəbul etməyə məcbur qalacaqlar”, – deyə o bildirib.

Paytaxtdakı yürüşdə Tehran sakinləri ilə yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini, nazirlər, yüksəkrütbəli hərbi və siyasi rəsmilər iştirak ediblər.

Hətta onları ABŞ və İsrail tərəfi də tək qoymayıb. Belə ki, yürüş zamanı ABŞ-İsrailin hava hücumu nəticəsində bir qadın Tehran mitinqinin yaxınlığında qəlpələrdən ölüb. 

Pezeşkian hökumətin qarşısında duran iki əsas vəzifəni açıqlayıb

Pezeşkian hökumətin qarşısında duran iki əsas vəzifəni açıqlayıb

Dünya
13 марта 2026 46 просмотров
İranda həyatını itirən qadın və azyaşlıların sayı açıqlanıb

İranda həyatını itirən qadın və azyaşlıların sayı açıqlanıb

Dünya
13 марта 2026 46 просмотров
Donald Tramp: Artıq Britaniyaya ehtiyacımız yoxdur

Donald Tramp: Artıq Britaniyaya ehtiyacımız yoxdur

Dünya
13 марта 2026 46 просмотров
İranda 25 minə yaxın mülki obyekt zədələnib

İranda 25 minə yaxın mülki obyekt zədələnib

Dünya
13 марта 2026 46 просмотров
Müctəba Xamenei dövləti necə idarə edəcək? - İranı, qonşu ölkələri və ABŞ-ni nə gözləyir? - Baku TV

Müctəba Xamenei dövləti necə idarə edəcək? - İranı, qonşu ölkələri və ABŞ-ni nə gözləyir? - Baku TV

Dünya
13 марта 2026 46 просмотров
“Bu gün yaşadığımız böhranın əsas səbəbi enerjidir” | Murad Kurum

“Bu gün yaşadığımız böhranın əsas səbəbi enerjidir” | Murad Kurum

Dünya
13 марта 2026 46 просмотров
İrandan Amerika Birləşmiş Ştatlarına qorxulu mesaj - ANA XƏBƏR

İrandan Amerika Birləşmiş Ştatlarına qorxulu mesaj - ANA XƏBƏR

Dünya
13 марта 2026 46 просмотров
NATO-nun ordusu savaşa qoşulur? | Türkiyə MN-dən raket hücumu barədə açıqlama - Baku TV

NATO-nun ordusu savaşa qoşulur? | Türkiyə MN-dən raket hücumu barədə açıqlama - Baku TV

Dünya
13 марта 2026 46 просмотров
Türkiyə Milli Müdafiə Nazirliyi yayılan xəbəri təsdiqləyib

Türkiyə Milli Müdafiə Nazirliyi yayılan xəbəri təsdiqləyib

Dünya
13 марта 2026 46 просмотров
Tramp İranın kapitulyasiyaya çox yaxın olduğunu bildirib

Tramp İranın kapitulyasiyaya çox yaxın olduğunu bildirib

Dünya
13 марта 2026 46 просмотров
Выбранные
icon