İranın hərbi gəmisinə hücum | Ölənlər var - Baku TV
İranın Beyrutdakı diplomatik missiyasına hücum ediləcəyi təqdirdə bütün dünyada İsrail səfirliklərinə zərbələr endirəcəyik.
Bu barədə İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəz Şəkərçi bildirib.
O həmçinin qeyd edib ki, İran ABŞ və İsrail istisna olmaqla digər dövlətlərlə münaqişə vəziyyətində deyil və xarici əlaqələrini əməkdaşlıq və qarşılıqlı fəaliyyət prinsipləri əsasında qurur.
Bu arada ABŞ-nin sualtı qayığı Şri-Lanka sahillərində İran hərbi gəmisinə hücum edib.
"Sky News"un məlumatına görə, Hind okeanında gəmiyə endirilən zərbə nəticəsində ən azı 80 nəfər həlak olub.
Şri-Lankanın Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, insident zamanı 32 nəfər xilas edilib, onlar xəstəxanalara çatdırılıb. Bundan əlavə, çox sayda insanın itkin düşdüyü və gəminin batdığı qeyd olunur.
Xatırladaq ki, endirilən zərbə nəticəsində batırılan İran gəmisi Hindistanın şərqindəki limandan İrana qayıdırdı.
