Выбрать плеер:

İsrail Beyruta zərbə endirib | Dörd İran diplomatı həlak olub - Baku TV

11 марта 2026 48 просмотров

İsrail Müdafiə Ordusu Livanda "Hizbullah"ın infrastrukturuna növbəti zərbələr dalğası başladıb.

Bu barədə ordunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

"İsrail Ordusu Beyrutun Dahiyə rayonunda "Hizbullah" hərəkatının infrastrukturuna zərbələr endirməyə başlayıb", – deyə məlumatda bildirilib.

Həmçinin İsrail istiqamətində raket atmağa hazırlanan "Hizbullah" hərəkatının buraxılış qurğularının İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi də qeyd olunub. Bildirilib ki, qurğunun silahlandırılması ilə məşğul olan və buraxılışı həyata keçirməyə çalışan döyüşçülərə zərbələr endirilib.

İsrail Ordusu qeyd edib ki, "Roaring Lion" əməliyyatı başlayandan bəri İsrail ərazisinə atılmağa hazır olan 70-dən çox raket buraxılış qurğusu məhv edilib və zərərsizləşdirilib.

İranın BMT-dəki Daimi Nümayəndəliyi iranın 4 diplomatının Livanda öldürülməsi xəbərini yayıb. Bildirilib ki, İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub.

Missiyanın məlumatına görə, hadisə martın 8-i səhər saatlarında diplomatların müvəqqəti qaldığı hoteldə baş verib. İran tərəfi vurğulayıb ki, hadisə zamanı diplomatlar Livan ərazisində öz dövlətlərinin rəsmi nümayəndələri kimi xidmətdə olublar.

Скопировано
İranda həyatını itirən qadın və azyaşlıların sayı açıqlanıb

İranda həyatını itirən qadın və azyaşlıların sayı açıqlanıb

Dünya
13 марта 2026 48 просмотров
Donald Tramp: Artıq Britaniyaya ehtiyacımız yoxdur

Donald Tramp: Artıq Britaniyaya ehtiyacımız yoxdur

Dünya
13 марта 2026 48 просмотров
İranda 25 minə yaxın mülki obyekt zədələnib

İranda 25 minə yaxın mülki obyekt zədələnib

Dünya
13 марта 2026 48 просмотров
Müctəba Xamenei dövləti necə idarə edəcək? - İranı, qonşu ölkələri və ABŞ-ni nə gözləyir? - Baku TV

Müctəba Xamenei dövləti necə idarə edəcək? - İranı, qonşu ölkələri və ABŞ-ni nə gözləyir? - Baku TV

Dünya
13 марта 2026 48 просмотров
“Bu gün yaşadığımız böhranın əsas səbəbi enerjidir” | Murad Kurum

“Bu gün yaşadığımız böhranın əsas səbəbi enerjidir” | Murad Kurum

Dünya
13 марта 2026 48 просмотров
İrandan Amerika Birləşmiş Ştatlarına qorxulu mesaj - ANA XƏBƏR

İrandan Amerika Birləşmiş Ştatlarına qorxulu mesaj - ANA XƏBƏR

Dünya
13 марта 2026 48 просмотров
NATO-nun ordusu savaşa qoşulur? | Türkiyə MN-dən raket hücumu barədə açıqlama - Baku TV

NATO-nun ordusu savaşa qoşulur? | Türkiyə MN-dən raket hücumu barədə açıqlama - Baku TV

Dünya
13 марта 2026 48 просмотров
Türkiyə Milli Müdafiə Nazirliyi yayılan xəbəri təsdiqləyib

Türkiyə Milli Müdafiə Nazirliyi yayılan xəbəri təsdiqləyib

Dünya
13 марта 2026 48 просмотров
Tramp İranın kapitulyasiyaya çox yaxın olduğunu bildirib

Tramp İranın kapitulyasiyaya çox yaxın olduğunu bildirib

Dünya
13 марта 2026 48 просмотров
İran dini təmayüldən militarizmə transformasiya olunur? - AKTUAL GÜNDƏM

İran dini təmayüldən militarizmə transformasiya olunur? - AKTUAL GÜNDƏM

Dünya
13 марта 2026 48 просмотров
Выбранные
icon