Выбрать плеер:

Kremlin genişmiqyaslı təxribatı yaxın aylarda baş verəcək? | Varşava riskləri hesablayır - Baku TV

21 августа 2026 84 просмотров

Polşa müharibənin baş verməyəcəyinə ümid etsə də, Rusiya ilə mümkün silahlı münaqişəyə hazırlaşır.

Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Kremlin genişmiqyaslı təxribatı yaxın aylarda baş verə bilər.

Onun sözlərinə görə, Varşava artıq potensial ssenariləri yalnız "real" və ya "qeyri-real" hesab edə bilməz, onları ehtimal səviyyəsinə görə qiymətləndirir.

Polşanın Vaşinqtondakı səfirliyi ölkənin sürətləndirilmiş hazırlığının müharibənin qaçılmaz hesab edildiyi anlamına gəlmədiyini diqqətə çatdırıb. Məqsəd mümkün Rusiya təcavüzünün qarşısını almaqdır.

Hazırda Polşa müdafiəyə ÜDM-in təxminən 5 faizini xərcləyir və silahlı qüvvələrini gücləndirməkdə davam edir.

Varşava Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra müdafiə qabiliyyətinin artırılmasını milli təhlükəsizliyin əsas istiqamətlərindən biri hesab edir. Ölkə həmçinin kritik infrastruktur və enerji obyektlərinə mümkün hücumlara hazırlaşır.

ABŞ-nin Avropadakı qüvvələrinin keçmiş komandanı və NATO-nun Müttəfiq Qüvvələrinin keçmiş ali baş komandanı Filip Bridlav Rusiyanın Alyansın reaksiyası ilə bağlı qeyri-müəyyənlik yaradacaq təxribata cəhd göstərə biləcəyini vurğulayıb. Onun fikrincə, Moskva ayrı-ayrı NATO ölkələrinin təhlükəyə necə reaksiya verəcəyini yoxlamağa və bununla da müttəfiqlər arasında fikir ayrılıqlarını dərinləşdirməyə çalışa bilər.

Qeyd edək ki, Şimali Atlantika müqaviləsinin 4-cü maddəsi müttəfiqlərə təhlükəsizlik və ya ərazi bütövlüyünün təhdid altında olduğunu hesab etdikdə məsləhətləşmələr tələb etmək hüququ verir. 5-ci maddə isə silahlı hücum halında kollektiv müdafiə prinsipini nəzərdə tutur.

Polşanın xəbərdarlıqları Moskvanın Qərb ölkələri ilə münasibətlərinin gərginləşdiyi və Rusiyanın mümkün hibrid fəaliyyətləri ilə bağlı məlumatların yayıldığı bir vaxta təsadüf edir.

Zelenskidən şok açıqlamalar | Putin 300 min nəfəri orduya çağırır? - Baku TV CANLI

Zelenskidən şok açıqlamalar | Putin 300 min nəfəri orduya çağırır? - Baku TV CANLI

Dünya
24 августа 2026 84 просмотров
Müharibə davam etdikcə benzin daha da bahalaşacaq? - Baku TV CANLI

Müharibə davam etdikcə benzin daha da bahalaşacaq? - Baku TV CANLI

Dünya
24 августа 2026 84 просмотров
Meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı

Meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı

Dünya
24 августа 2026 84 просмотров
Ahıska türkləri öz vətənlərinə qayıtdılar

Ahıska türkləri öz vətənlərinə qayıtdılar

Dünya
24 августа 2026 84 просмотров
İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV

İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV

Dünya
24 августа 2026 84 просмотров
Ukraynaya səfər edən liderlərdən Kiyevə dəstək mesajı - Baku TV CANLI

Ukraynaya səfər edən liderlərdən Kiyevə dəstək mesajı - Baku TV CANLI

Dünya
24 августа 2026 84 просмотров
İran ABŞ-nin yeni sanksiyalarına qarşı hansı addımları atmağa hazırlaşır? - Baku TV

İran ABŞ-nin yeni sanksiyalarına qarşı hansı addımları atmağa hazırlaşır? - Baku TV

Dünya
24 августа 2026 84 просмотров
Ankara və Təl-Əviv Suriya məsələsində məxfi rabitə xəttini aktivləşdirdi - Baku TV

Ankara və Təl-Əviv Suriya məsələsində məxfi rabitə xəttini aktivləşdirdi - Baku TV

Dünya
24 августа 2026 84 просмотров
SEPAH İranın ABŞ sanksiyalarına qarşı xüsusi mübarizə planının olduğunu açıqladı - Baku TV CANLI

SEPAH İranın ABŞ sanksiyalarına qarşı xüsusi mübarizə planının olduğunu açıqladı - Baku TV CANLI

Dünya
24 августа 2026 84 просмотров
Netanyahunun orduya verdiyi sərt təlimat böyük müzakirə doğurdu - Baku TV CANLI

Netanyahunun orduya verdiyi sərt təlimat böyük müzakirə doğurdu - Baku TV CANLI

Dünya
23 августа 2026 84 просмотров
Выбранные
icon