Выбрать плеер:

Makron Pekinə böyük nümayəndə heyəti ilə yollanıb

04 декабря 2025 319 просмотров

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının ticarət qaydalarını sərtləşdirməyə hazırlaşdığı bir vaxtda Pekində Çin lideri Si Cinpinlə görüşü daha güclü ticarət əlaqələri qurmaq istəyi fonunda baş verib.

E.Makronu dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çinə etdiyi dördüncü dövlət səfərində böyük biznes nümayəndə heyəti müşayiət edib.

E.Makron keçmişdə Çinlə münasibətlərdə güclü bir Avropa cəbhəsi qurmağa çalışıb, eyni zamanda Çinin Fransanın ən görkəmli şirkətlərinin bir çoxu üçün əsas ixrac bazarı olduğu Pekinə qarşı çıxmamağa diqqət yetirib.

Görüş əsnasında Fransa lideri Ukrayna məsələsini də diqqətdən kənar qoymayıb.

“Ümid edirəm ki, Çin bizim çağırışlarımıza və səylərimizə qoşularaq mümkün olan ən tez vaxtda Ukraynada atəşkəsin əldə olunmasına yardım edər. Bu, qarşıdan gələn qış üçün çox vacibdir, çünki mülki infrastruktur, xüsusən də enerji infrastrukturu bu gün də Rusiya atəşi altındadır. Amma daha geniş mənada biz beynəlxalq hüquqa hörmət edən ədalətli və davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıyıq”, – Fransa lideri bildirib.

Rəsmi Pekinin gömrük məlumatlarına görə, Çin Fransanın yeddinci ən böyük ticarət tərəfdaşıdır və hər il təxminən 35 milyard dollarlıq mal alır. Bu məhsulların təxminən 10%-i kosmetik məhsullardır, digər əsas ixrac məhsulları arasında təyyarə hissələri və spirtli içkilər də var.

Скопировано
Səfirdən etiraf: "S-400 məsələsi tezliklə həll olunacaq"

Səfirdən etiraf: "S-400 məsələsi tezliklə həll olunacaq"

Dünya
17 апреля 2026 319 просмотров
Orban seçki günü ağrısı olduğunu və müalicə aldığını etiraf edib

Orban seçki günü ağrısı olduğunu və müalicə aldığını etiraf edib

Dünya
17 апреля 2026 319 просмотров
"Buna icazə verilməməlidir!" - Ərdoğanın çıxışı alqışlarla qarşılandı - Baku TV

"Buna icazə verilməməlidir!" - Ərdoğanın çıxışı alqışlarla qarşılandı - Baku TV

Dünya
17 апреля 2026 319 просмотров
Tokayev beş ölkəni sərt şəkildə ittiham etdi 

Tokayev beş ölkəni sərt şəkildə ittiham etdi 

Dünya
17 апреля 2026 319 просмотров
Ərdoğan Antalyadakı forumda Hörmüz boğazı ilə bağlı hansı mesajları verdi? - Baku TV

Ərdoğan Antalyadakı forumda Hörmüz boğazı ilə bağlı hansı mesajları verdi? - Baku TV

Dünya
17 апреля 2026 319 просмотров
“İran Hörmüz boğazına nəzarəti özündə saxlamaq niyyətindədir” | Əhməd Baxşiş Ərdəstani

“İran Hörmüz boğazına nəzarəti özündə saxlamaq niyyətindədir” | Əhməd Baxşiş Ərdəstani

Dünya
17 апреля 2026 319 просмотров
İran və ABŞ arasında memorandum imzalana bilər? - Baku TV CANLI

İran və ABŞ arasında memorandum imzalana bilər? - Baku TV CANLI

Dünya
17 апреля 2026 319 просмотров
Paşinyan bu şəxsləri “siyasi alçaqlar” adlandırdı

Paşinyan bu şəxsləri “siyasi alçaqlar” adlandırdı

Dünya
17 апреля 2026 319 просмотров
Pakistan Silahlı Qüvvələrinin komandanı Tehranda Pezeşkianla görüşdü

Pakistan Silahlı Qüvvələrinin komandanı Tehranda Pezeşkianla görüşdü

Dünya
17 апреля 2026 319 просмотров
Starmer: “Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir”

Starmer: “Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir”

Dünya
17 апреля 2026 319 просмотров
Выбранные
icon