Məşhur narkobaron, əslində, necə öldürüldü? - Bu ölkədə zorakılıq dalğası baş alıb gedir! - Baku TV
Meksikada narkokartellərlə hökumət qüvvələri arasındakı müharibə yeni və qanlı mərhələyə qədəm qoyub. Baku TV-nin "Dünya" xəbərlərinin verdiyi məlumata görə, məşhur narkobaron "El Menço" ləqəbli Ruben Osequera Servantesin əslində necə öldürüldüyü barədə şok detallar üzə çıxıb. "Xalisko Yeni Nəsil" (CJNG) kartelinin liderinin zərərsizləşdirilməsi ölkədə görünməmiş bir zorakılıq dalğasına səbəb olub.
Məlumata əsasən, 2026-cı ilin fevral ayının sonunda Meksika xüsusi təyinatlıları və ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) birgə keçirdiyi gizli əməliyyat zamanı narkobaronun yeri onun yaxın çevrəsindəki bir şəxsin (sevgilisinin) izlənilməsi nəticəsində müəyyən edilib. Xalisko ştatının Tapalpa şəhəri yaxınlığında baş verən şiddətli atışmada ağır yaralanan Servantes xəstəxanaya aparılarkən keçinib. Videoda hadisə yerindən ilk görüntülər, narkobaronun qızıl tabutda dəfn edilməsi və kartel üzvlərinin qisas məqsədilə şəhərləri oda vurması əks olunub. Reportajda Azərbaycanın Meksikadakı səfirliyinin həmvətənlərimizə xəbərdarlığı və Meksika Prezidenti Klaudia Şeynbaumun vəziyyəti sabitləşdirmək üçün orduya verdiyi təlimatlar yer alır.
