Merts Orbanın Ukraynaya Aİ tərəfindən veriləcək kreditə veto qoymasını tənqid edib
Almaniya kansleri Fridrix Merts Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya Avropa İttifaqı tərəfindən ayrılması nəzərdə tutulan hərbi kreditə veto qoymasını sərt tənqid edib və bunun nəticələrinin olacağını bildirib.
Bu barədə o, Avropa İttifaqının sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.
Merts bu addımı kobud qeyri-loyallıq aktı adlandıraraq bildirib ki, baş verənlər dərin iz buraxacaq və Aİ bu vəziyyəti cavabsız qoymayacaq.
Onun sözlərinə görə, Aİ liderləri bu məsələ ilə bağlı vahid mövqedədir və bugünkü Avropa Şurasında baş verənləri qəbul etməyəcəklər.
Kansler əlavə edib ki, bu qərarın nəticələri təkcə bu hadisə ilə məhdudlaşmayacaq.
Merts qeyd edib ki, Aİ liderləri Avropa Komissiyasına Macarıstan və Slovakiyanın mövqeyinə baxmayaraq, Ukraynaya vəsait ayrılması üçün alternativ yollar tapmağı tapşırıblar.
Bildirilib ki, sammit Ukraynaya 90 milyard avroluq kredit məsələsi ilə bağlı razılıq əldə olunmadan başa çatıb. Məlumata əsasən, Aİ liderləri qapalı müzakirələr zamanı Orbanın mövqeyini tənqid etsələr də, göstərilən təzyiqlər onun qərarını dəyişməyib.
Qeyd edək ki, Macarıstan və Slovakiya Ukraynaya 90 milyard avroluq hərbi kreditin ayrılmasını, eləcə də Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklayıb. Bu qərarlar konsensus tələb etdiyindən 27 ölkədən 25-nin dəstəyinə baxmayaraq qəbul olunmayıb. Macarıstan tərəfi isə bildirib ki, Ukrayna “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməyənə qədər Aİ-nin Kiyevin xeyrinə qərarlarını dəstəkləməyəcək.
Тег #Fridrix Merts используется
- İlham Əliyevlə Almaniya Kansleri Fridrix Merts arasında vacib telefon danışığı - Baku TV
- Merts İran və ABŞ-İsrail arasındakı müharibəyə etirazını bildirdi
- Pezeşkian hökumətin qarşısında duran iki əsas vəzifəni açıqlayıb
- Mertsdən Ukrayna xalqına dəstək | "Avropa güc dilində danışmağı öyrənməlidir" - Baku TV CANLI
- Aİ yeni strategiyaya hazırlaşır?
