Выбрать плеер:
İlham Əliyevlə Almaniya Kansleri Fridrix Merts arasında vacib telefon danışığı - Baku TV
Prezident İlham Əliyevlə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.
Fridrix Merts Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.
Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Скопировано
