Ceyhun Bayramov Abbas Əraqçi ilə danışıb | İranın araşdırması nə vaxt tamamlanacaq? - Baku TV
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.
Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Тег #Ceyhun Bayramov используется
- Ceyhun Bayramov səudiyyəli həmkarı ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan və Türkiyə XİN başçıları hansı məsələləri müzakirə etdi? - Baku TV
- XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV
- Mixay Popşoi ilə Ceyhun Bayramov birgə mətbuat konfransı keçiriblər
- Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV
