Выбрать плеер:

İran bu dəfə hansı ölkəni ballistik raketlə vurdu? - Baku TV

20 марта 2026 492 просмотров

Səudiyyə Ərəbistanının "Samref" neft emalı zavodu hava hücumuna məruz qalıb. Hücum nəticəsində dəymiş ziyanın cüzi olduğu bildirilir.

Xatırladaq ki, martın 19-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki bir neçə neft obyektinin əməkdaşlarının, o cümlədən "Samref" neft emalı zavodunun işçi heyətinin təxliyəsinə çağırıb.

Qeyd edək ki, "Samref" neft emalı zavodu "Saudi Aramco" və "ExxonMobil" şirkətlərinin birgə müəssisəsidir. Bu liman hazırda Səudiyyə Ərəbistanı neftinin ixracı üçün yeganə məntəqədir.

Küveytdəki əl-Əhmədi limanında ölkənin neft korporasiyasına məxsus neft emalı zavoduna da PUA zərbələri endirilib, ardınca yanğın baş verib.

Bildirilib ki, PUA hücumu Mina əl-Əhmədi neft emalı zavodunda kiçik yanğına səbəb olub, heç kim xəsarət almayıb. Mina əl-Əhmədi neft emalı zavodu Yaxın Şərqdəki ən böyük zavodlardan biridir, onun istehsal gücü gündəlik 730 min bareldir.

Ras Laffan sənaye zonasına zərbələrin də İran tərəfindən endirildiyi qeyd olunub.

Qətərin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşaraq bildirib ki, Qətər Dövləti İrandan ballistik raket hücumuna məruz qalıb, nəticədə, Ras Laffan sənaye şəhərinə ziyan dəyib.

Martın 18-də "Qatar Energy" dövlət neft-qaz şirkətindən bildirilib ki, Ras Laffandakı sənaye obyektləri raket atəşinə tutulub. Əmirliyin Daxili İşlər Nazirliyi əvvəlcə hücum nəticəsində başlayan yanğını lokallaşdırdığını elan edib, lakin sonradan alovun hələ nəzarətə alınmadığını dəqiqləşdirib. Zərərçəkənlər barədə məlumat verilməyib.

2053-cü ilə planlaşdırılan kosmik missiya

2053-cü ilə planlaşdırılan kosmik missiya

Dünya
20 марта 2026 492 просмотров
Aİ liderləri Viktor Orbanla yeni danışıqlar aparmaq istəyir

Aİ liderləri Viktor Orbanla yeni danışıqlar aparmaq istəyir

Dünya
20 марта 2026 492 просмотров
Hakan Fidanın qətərli həmkarı ilə birgə mətbuat konfransı baş tutub

Hakan Fidanın qətərli həmkarı ilə birgə mətbuat konfransı baş tutub

Dünya
20 марта 2026 492 просмотров
SEPAH: Hayfadakı neft emalı zavodları vuruldu

SEPAH: Hayfadakı neft emalı zavodları vuruldu

Dünya
20 марта 2026 492 просмотров
“Bəsic”in 13 əməkdaşı öldürüldü

“Bəsic”in 13 əməkdaşı öldürüldü

Dünya
20 марта 2026 492 просмотров
Tehranın hərbi imkanları zəifləyib?

Tehranın hərbi imkanları zəifləyib?

Dünya
20 марта 2026 492 просмотров
Yaxın Şərqdə vəziyyət gərginləşdi | Dünyanı daha böyük təhlükə gözləyir? - Baku TV

Yaxın Şərqdə vəziyyət gərginləşdi | Dünyanı daha böyük təhlükə gözləyir? - Baku TV

Dünya
20 марта 2026 492 просмотров
İran ABŞ-ni hədəf alıb? | İrana bağlı qüvvələr ABŞ-yə qarşı PUA buraxır - Baku TV

İran ABŞ-ni hədəf alıb? | İrana bağlı qüvvələr ABŞ-yə qarşı PUA buraxır - Baku TV

Dünya
20 марта 2026 492 просмотров
Liderlər öldürülür, amma sistem ayaqda qalır: İranın gizli idarə mexanizmi nədir? - AKTUAL GÜNDƏM

Liderlər öldürülür, amma sistem ayaqda qalır: İranın gizli idarə mexanizmi nədir? - AKTUAL GÜNDƏM

Dünya
20 марта 2026 492 просмотров
İsrail və Ukrayna bir-birinə qarşılıqlı kömək edir? - Orta dəhliz risk altındadır

İsrail və Ukrayna bir-birinə qarşılıqlı kömək edir? - Orta dəhliz risk altındadır

Dünya
20 марта 2026 492 просмотров
Выбранные
icon