SEPAH: Hayfadakı neft emalı zavodları vuruldu
"ABŞ Yaxın Şərqə qoşun göndərmir və bu cür planları açıqlamaq niyyətində deyil".
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı bildirib.
O, Yaponiyanın müharibədə NATO-dan fərqli olaraq fəal iştirak edəcəyinə inandığını qeyd edib. Tramp hərbi əməliyyatları "ekskursiya" kimi xarakterizə edib və hər şeyin tezliklə bitəcəyini bildirib.
"Mən heç yerə qoşun göndərmirəm və göndərsəydim də, sizə deməzdim", – deyə o bildirib.
Bu arada, İran İsrail və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd 4" əməliyyatının 65-ci dalğasını həyata keçirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusununu məlumatına görə, İsrailin Hayfa şəhərindəki neft emalı zavodları, təhlükəsizlik və hərbi mərkəzlərinə raket zərbələri endirilib.
Həmçinin "Qiyam" və "Zülfüqar" raketləri ilə ABŞ-nin Əl-Xərc bazasındakı "F-16" və "F-35" qırıcılarının əsas yanacaq dəstəyi mərkəzi hədəf alınıb.
Bundan başqa, Bəhreynin cənubunda yerləşən "Şeyx İsa" bazasının komandanlıq, data-mərkəz idarəetməsi və döyüş rabitəsi vasitələrinin qərargahı və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən təxminən 30 km cənub-şərqdə yerləşən strateji əhəmiyyətli hərbi hava bazası olan Əz-Zəfraya "Qədr" və "Xeybərşəkən" raketləri ilə dəqiq zərbələr endirilib.
Тег #Donald Tramp используется
- ABŞ-nin sensasiyalı quru əməliyyatı planı | Hörmüz boğazı ələ keçiriləcək? - Baku TV
- Qətərə yenidən hücum olarsa... | ABŞ-nin planı nədir? - Baku TV CANLI
- Vəziyyət nəzarətdən çıxır: Tramp İranı Qətərə görə sərt hədələdi - Baku TV CANLI
- Cons Qanununun tətbiqi 60 gün müddətinə dayandırıldı
- NATO ölkələri hərəkətə keçdi | "Bu, onların xeyrinədir" - Baku TV
