Выбрать плеер:

ABŞ-nin sensasiyalı quru əməliyyatı planı | Hörmüz boğazı ələ keçiriləcək? - Baku TV

20 марта 2026 24 просмотров

ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbçilərin İrana qarşı əməliyyatın yeni mərhələsinə hazırlaşması fonunda Yaxın Şərqə daha minlərlə amerikalı əsgər göndərmək imkanlarını nəzərdən keçirir.

"Reuters" agentliyi bu barədə amerikalı rəsmilərə və vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Tramp administrasiyası İranda quru əməliyyatının genişləndirilməsi variantlarını da müzakirə edir.

"Reuters" qeyd edir ki, nəzərdən keçirilən variantlardan biri Hörmüz boğazı üzərində nəzarətin bərqərar edilməsini nəzərdə tutur. Buna əsasən dəniz və hava qüvvələri vasitəsilə nail olunması planlaşdırılsa da, boğazın sahil xəttini ələ keçirmək üçün quru qoşunlarına ehtiyac duyulacaq.

İkinci variant isə Fars körfəzində yerləşən və İranın neft ixracının 90%-ni təmin edən Xark adasının zəbt edilməsidir. Lakin bu seçim olduqca riskli hesab olunur. Çünki ada İranın raket və PUA-larının hədəfindədir, həmçinin ABŞ cəmiyyətində İrana qarşı müharibənin populyar olmaması administrasiyanın daxili siyasi mövqeyini çətinləşdirə bilər.

Bundan əlavə, İrandakı yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi qüvvələrin yerləşdirilməsi də müzakirə mövzusudur.

Gələn həftə regiona 2000 nəfərlik dəniz desantından ibarət ekspedisiya korpusunun gəlişi gözlənilir, lakin rəsmi Vaşinqton hazırda əlavə qüvvələrin göndərilməsini planlaşdırır.

Ağ Ev təmsilçisi bildirib ki, hazırda quru qoşunlarının göndərilməsi ilə bağlı qəti qərar verilməsə də, Prezident Tramp bütün variantları dəyərləndirir.

Donald Tramp daha əvvəl bəyan edib ki, əməliyyat başlayandan bəri ABŞ hərbçiləri İran daxilində 7 mindən çox hədəfə zərbə endirib. O, ölkədə hədəfə alınacaq obyektin qalmadığını və əməliyyatın tezliklə başa çatacağını hesab edir.

Ağ Evin proqnozlarına görə, münaqişə yaxın 4-6 həftə ərzində yekunlaşa bilər.

2053-cü ilə planlaşdırılan kosmik missiya

2053-cü ilə planlaşdırılan kosmik missiya

Dünya
20 марта 2026 24 просмотров
Aİ liderləri Viktor Orbanla yeni danışıqlar aparmaq istəyir

Aİ liderləri Viktor Orbanla yeni danışıqlar aparmaq istəyir

Dünya
20 марта 2026 24 просмотров
Hakan Fidanın qətərli həmkarı ilə birgə mətbuat konfransı baş tutub

Hakan Fidanın qətərli həmkarı ilə birgə mətbuat konfransı baş tutub

Dünya
20 марта 2026 24 просмотров
SEPAH: Hayfadakı neft emalı zavodları vuruldu

SEPAH: Hayfadakı neft emalı zavodları vuruldu

Dünya
20 марта 2026 24 просмотров
“Bəsic”in 13 əməkdaşı öldürüldü

“Bəsic”in 13 əməkdaşı öldürüldü

Dünya
20 марта 2026 24 просмотров
Tehranın hərbi imkanları zəifləyib?

Tehranın hərbi imkanları zəifləyib?

Dünya
20 марта 2026 24 просмотров
Yaxın Şərqdə vəziyyət gərginləşdi | Dünyanı daha böyük təhlükə gözləyir? - Baku TV

Yaxın Şərqdə vəziyyət gərginləşdi | Dünyanı daha böyük təhlükə gözləyir? - Baku TV

Dünya
20 марта 2026 24 просмотров
İran ABŞ-ni hədəf alıb? | İrana bağlı qüvvələr ABŞ-yə qarşı PUA buraxır - Baku TV

İran ABŞ-ni hədəf alıb? | İrana bağlı qüvvələr ABŞ-yə qarşı PUA buraxır - Baku TV

Dünya
20 марта 2026 24 просмотров
Liderlər öldürülür, amma sistem ayaqda qalır: İranın gizli idarə mexanizmi nədir? - AKTUAL GÜNDƏM

Liderlər öldürülür, amma sistem ayaqda qalır: İranın gizli idarə mexanizmi nədir? - AKTUAL GÜNDƏM

Dünya
20 марта 2026 24 просмотров
İsrail və Ukrayna bir-birinə qarşılıqlı kömək edir? - Orta dəhliz risk altındadır

İsrail və Ukrayna bir-birinə qarşılıqlı kömək edir? - Orta dəhliz risk altındadır

Dünya
20 марта 2026 24 просмотров
Выбранные
icon