“Bəsic”in 13 əməkdaşı öldürüldü
ABŞ və İsrailin İranın Təbriz şəhərinə hava hücumu nəticəsində "Bəsic"in 13 əməkdaşı öldürülüb, daha 18 nəfər isə yaralanıb.
Bu barədə "Khabar Fouri" Şərqi Azərbaycanın vilayət rəhbərliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Təbrizə bundan əvvəlki hücum zamanı dronun "Bəsic"ə məxsus avtomobilə çırpılması nəticəsində təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub.
Bu arada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar dağıntılara səbəb olsa da, bu, ölkənin təcrübə və texniki imkanlarını məhv etmək mümkün deyil.
"Ən vacib məsələ budur ki, 60 faizlik uran ehtiyatı hələ də oradadır", – deyə Qrossi qeyd edib.
O əlavə edib ki, tərəflər davamlı və uzunmüddətli həll üçün yenidən danışıqlara məcbur olacaq.
"Masa arxasında ABŞ və İrana ehtiyacımız var. Agentlik kömək edə bilər. Bəlkə də Omanın səyləri yenidən canlanacaq, amma bu siyasi müzakirədir", – deyə o bildirib.
Тег #ABŞ-İsrail-İran müharibəsi используется
- SEPAH: Hayfadakı neft emalı zavodları vuruldu
- Tehranın hərbi imkanları zəifləyib?
- Yaxın Şərqdə vəziyyət gərginləşdi | Dünyanı daha böyük təhlükə gözləyir? - Baku TV
- İran ABŞ-ni hədəf alıb? | İrana bağlı qüvvələr ABŞ-yə qarşı PUA buraxır - Baku TV
- Liderlər öldürülür, amma sistem ayaqda qalır: İranın gizli idarə mexanizmi nədir? - AKTUAL GÜNDƏM
