Moha limanında husilərlə hökumət qüvvələri arasında qarşıdurma baş verib - Baku TV
Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri Qırmızı dəniz sahilindəki Moha limanına kütləvi hücum təşkil ediblər, nəticədə, obyektdə yanğın baş verib.
"Al Arabiya" telekanalının məlumatına görə, husilər Yəmənin qərb sahilindəki limana və mülki hədəflərə hücum üçün raketlər, dronlar və qayıqlardan istifadə ediblər.
Telekanaldakı hərbi mənbənin sözlərinə görə, hökumət qüvvələri buraxılan 44 drondan 15-ni vurmağı bacarıb.
Bundan əlavə, husilər Bab əl-Məndəb boğazı yaxınlığında neft tankerinə hücuma cəhd ediblər. Bu zamanı altı minalanmış qayıqdan istifadə edilib ki, bunlardan üçü hökumət qüvvələri tərəfindən ələ keçirilib.
Vəhcə bölgəsi sahillərində hücumun dəf edilməsi zamanı "Ənsar Allah"ın 8 döyüşçüsünün öldürüldüyü bildirilir. Hökumət qüvvələri buna cavab olaraq ölkənin qərb sahilindəki husi mövqelərinə onlarla dron hücumu həyata keçirib. Taizin qərbindəki üsyançı hədəflərə artilleriya atəşi də endirilib.
