Müharibədə gərginlik pik həddə | Rusiya bu əraziləri hədəfə aldı - Baku TV
Rusiya Ordusu Ukraynanın Donetsk bölgəsini atəşə tutub. Nəticədə 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Məlumata görə, sözügedən əraziyə azı 5 dəfə zərbə endirilib.
Odessadakı limanlar və enerji obyektləri də hücuma məruz qalıb. Məqsəd Kiyevin Qara dənizə çıxışını əngəlləməkdir.
Bu arada, Rusiya Sumı və Donetsk bölgələrində daha 2 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb. Rəsmi Kiyev qarşı tərəfin Sumı vilayətinin Qrabivske kəndi yaxınlığında dövlət sərhədini keçdiyini və buna görə 50-dən çox mülki şəxsin girov götürüldüyünü bəyan edib.
Xatırladaq ki, daha əvvəl, yarana biləcək təhlükə ilə bağlı sakinlərə xəbərdarlıq edilib, onlara təcili evakuasiya olunmaları bildirilib. Lakin sakinlər buna məhəl qoymayaraq öz evlərini tərk etməkdən imtina etmişdilər.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Ukrayna Ordusu bunu Cenevrə Konvensiyasının pozulması hesab edir.
