Müharibənin miqyası genişlənir | Misli görünməmiş zərbələrin anonsu | Gərginlik pik həddə - Baku TV
İran Amerika Birləşmiş Ştatlarının İslam Respublikasının infrastrukturunu məhv etmək hədələri reallaşacağı təqdirdə Təl-Əvivə daha güclü zərbələr endirməyə hazır olduğunu bəyan edib.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
"Əgər ABŞ Prezidenti Donald Trampın İranın körpülərini, elektrik stansiyalarını və enerji infrastrukturunu məhv etmək hədələri həyata keçirilərsə, İran Silahlı Qüvvələri daha ciddi zərbələr endirəcək", – deyə Baş Qərargahdan bildirilib.
Bəyanatda əlavə edilib ki, hücumlar təkcə ABŞ və İsrail obyektlərinə deyil, həm də Təl-Əvivin daha mühüm və geniş hissələrinə, eləcə də regionun ABŞ bazaları yerləşən ölkələrinə yönələ bilər.
İran hərbçiləri həmçinin xəbərdarlıq ediblər ki, ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən dövlətlər mümkün zərərdən qaçmaq üçün amerikalıları öz ərazilərini tərk etməyə məcbur etməlidirlər.
