Выбрать плеер:

Nepalda turistlər bilərəkdən xəstələndiriliblər?

03 апреля 2026 288 просмотров

Nepalda dünyanın ən yüksək zirvəsi olan Everest dağında kütləvi saxtakarlıq faktı üzə çıxarılıb.

Bələdçilərin və mehmanxana əməkdaşlarının helikopterlə təxliyə xərclərini sığorta şirkətlərindən almaq üçün turistləri bilərəkdən xəstələndirdikləri məlum olub.

"Daily Mail" xəbər verir ki, dələduzlar əsasən iki qanunsuz üsuldan istifadə ediblər. Birinci variantda onlar səyahətçiləri yürüşü yarımçıq saxlamaq və sığorta kompensasiyası almaq üçün özlərini xəstə kimi qələmə verməyə razı salıblar.

İkinci və daha təhlükəli üsulda isə alpinistlərin səhhəti qəsdən pisləşdirilib. Turistlərə yüksək dozada dağ xəstəliyi əleyhinə dərmanlar içirilib, onlar həddən artıq su qəbul etməyə məcbur ediliblər. Hətta bəzi hallarda turistlərin qidalarına qabartma tozu qatılaraq onlarda ciddi mədə-bağırsaq problemləri yaradılıb.

Bu prosesin ardınca, əksər hallarda ehtiyac olmadığı halda təxliyə üçün helikopterlər cəlb olunub. Qanunsuz sxemdə pilotlar, tibb işçiləri və xəstəxana rəhbərlikləri də yer alıblar. Sənədlərdə xərclər süni şəkildə artırılıb, faktiki olaraq kafedə oturan şəxslərin stasionar müalicə alması barədə saxta hesabatlar hazırlanıb.

2022-2025-ci illər ərzində 300-dən çox belə şübhəli fakt qeydə alınıb. Sığorta saxtakarlığı nəticəsində vurulan ümumi maddi zərərin 15 milyon funt sterlinqdən çox olduğu bildirilir.

Скопировано
Vaşinqtonun mümkün mövqe dəyişikliyi Britaniyanı hansı risklərlə üzləşdirə bilər? - Baku TV CANLI

Vaşinqtonun mümkün mövqe dəyişikliyi Britaniyanı hansı risklərlə üzləşdirə bilər? - Baku TV CANLI

Dünya
29 августа 2026 288 просмотров
Yaponiyada ayılar niyə kütləvi şəkildə məhv edilir?

Yaponiyada ayılar niyə kütləvi şəkildə məhv edilir?

Dünya
29 августа 2026 288 просмотров
Kiyevdə son hücumlardan sonra şəhərdə vəziyyət necə dəyişib? - Baku TV CANLI

Kiyevdə son hücumlardan sonra şəhərdə vəziyyət necə dəyişib? - Baku TV CANLI

Dünya
29 августа 2026 288 просмотров
Qara dənizdə Türkiyə gəmisinin vurulması Ankara ilə Kiyevi qarşı-qarşıya qoydu - ANA XƏBƏR

Qara dənizdə Türkiyə gəmisinin vurulması Ankara ilə Kiyevi qarşı-qarşıya qoydu - ANA XƏBƏR

Dünya
29 августа 2026 288 просмотров
Türkiyə və İsrail Suriyada üz-üzə: İlk toqquşma harada baş verə bilər? - AKTUAL GÜNDƏM

Türkiyə və İsrail Suriyada üz-üzə: İlk toqquşma harada baş verə bilər? - AKTUAL GÜNDƏM

Dünya
29 августа 2026 288 просмотров
Finlandiya və İsrail hansı hərbi məhsulları birlikdə hazırlamağı planlaşdırır? - Baku TV CANLI

Finlandiya və İsrail hansı hərbi məhsulları birlikdə hazırlamağı planlaşdırır? - Baku TV CANLI

Dünya
29 августа 2026 288 просмотров
Moskvanın sərt reaksiyası Ermənistanla münasibətlərdə yeni gərginlik yaradıb - Baku TV CANLI

Moskvanın sərt reaksiyası Ermənistanla münasibətlərdə yeni gərginlik yaradıb - Baku TV CANLI

Dünya
29 августа 2026 288 просмотров
Adanada helikopter və dron dəstəyi ilə genişmiqyaslı polis əməliyyatı keçirilib - Baku TV CANLI

Adanada helikopter və dron dəstəyi ilə genişmiqyaslı polis əməliyyatı keçirilib - Baku TV CANLI

Dünya
29 августа 2026 288 просмотров
Kiyevə hücumlar davam edir | Ukraynanın paytaxtında son vəziyyət necədir? - Baku TV

Kiyevə hücumlar davam edir | Ukraynanın paytaxtında son vəziyyət necədir? - Baku TV

Dünya
29 августа 2026 288 просмотров
Nepalda daşqının miqyası ağırlaşır | 600-dən çox ölü, minlərlə itkin - Baku TV CANLI

Nepalda daşqının miqyası ağırlaşır | 600-dən çox ölü, minlərlə itkin - Baku TV CANLI

Dünya
29 августа 2026 288 просмотров
Выбранные
icon