Выбрать плеер:
Pakistan–Hindistan sərhədində gərginlik | Xüsusi qrup zərərsizləşdirildi
Pakistan Ordusu ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində əməliyyat keçirib. Nəticədə 12 terrorçu zərərsizləşdirilib.
Bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti "X" hesabında paylaşım edib.
Bildirilib, Kalat bölgəsində kəşfiyyat məlumatları əsasında təşkil olunan antiterror əməliyyatı zamanı yaraqlıların sığınacaqları hədəf alınıb.
Məhv edilən 12 silahlının Hindistana məxsus qruplaşmalardan birinin üzvü olduğu diqqətə çatdırılıb. Onların bölgədə çoxsaylı terror aktlarında iştirak etdiyi vurğulanıb.
Zərərsizləşdirilən terrorçuların üzərindən silah, döyüş sursatı və partlayıcı maddələr aşkarlanaraq müsadirə olunub.
Ordunun açıqlmasına görə, bölgədə antiterror əməliyyatları bundan sonra da davam etdiriləcək.
Скопировано
