Planetdə aləm bir-birinə dəydi | Yerin “dəmir ürəyi”ndə nələr baş verdi?
Planetimizin mərkəzində qəribə hadisələr baş verir. Yerin daxili nüvəsi – 5000 kilometrdən çox dərinlikdə yerləşən sıx dəmir sfera qəfildən fırlanma istiqamətini dəyişib.
Bu barədə “Nature Geoscience” jurnalında dərc edilmiş tədqiqatda deyilir.
Alimlər yüzlərlə zəlzələ və nüvə sınaqlarının məlumatlarını təhlil ediblər. Seysmik dalğalar göstərib ki, Yerin mərkəzində ciddi hərəkətlər baş verir.
Elm adamları vurğulayıblar ki, bunun günün uzunluğuna təsiri hələ ki minimaldır, saniyənin mində birindən də azdır. Lakin dəyişikliklər maqnit sahəsinə və hətta iqlimə təsir göstərə bilər.
Alimlər qeyd edirlər ki, nüvənin forması da dəyişir. “Biz planetin “dəmir ürəyi”nin necə işlədiyini yenicə anlamağa başlayırıq və bu, Yer haqqında təsəvvürümüzü həmişəlik dəyişə bilər”, – deyə məqalədə vurğulanıb.
