Выбрать плеер:

Putinin atəşkəs qərarının əsl məqsədi nədir? | Aranı qarışdıracaq məqalə

05 мая 2025 315 просмотров

Kremlin 9 May Qələbə Günü münasibətilə irəli sürdüyü üç günlük atəşkəs təklifi sülhə hazırlığı deyil, əksinə, Putinin bütün Ukraynanı ələ keçirmək və Avropaya öz iradəsini diktə etmək niyyətini göstərir.

Bu barədə “The Independent”in Rusiya-Ukrayna müharibəsindəki hazırkı vəziyyətə həsr olunmuş böyük analitik məqaləsində qeyd olunur.

Müəllif Kiyevin Putinin “parad atəşkəsi” təklifini "növbəti manipulyasiya cəhdi" kimi dəyərləndirərək rədd etməsini düzgün hesab edir. O, daha əvvəl elan olunmuş "Pasxa atəşkəsi"nin Rusiya ordusu tərəfindən aktiv şəkildə pozulduğunu xatırladır.

"Putin Donald Trampın sanksiyaları gücləndirməklə bağlı son təhdidlərindən və ABŞ Prezidentinin Rusiyanın atəşkəsi gecikdirməsinə görə narazı qalmasından qətiyyən narahat olmur, əksinə, özünü eşitməzliyə vurur və istədiyini etməyə davam edir", – məqalədə deyilir.

Rusiya həqiqi sülh danışıqlarından yayınmaqda davam edir, çünki müharibə başa çatdıqdan sonra işğal etmiş olduğu bütün əraziləri özündə saxlamağa ümid edir.

"Onun məqsədlərinə çatması üçün sadəcə Ukraynanın bir hissəsini, limanları, avtomobil yollarını, ən əhəmiyyətli infrastrukturu ələ keçirmək kifayətdir, çünki bu, Ukraynanın müstəqil dövlət kimi ayaqda qalması baxımından son dərəcə vacibdir. Bununla o, öz istəyinə çata, Ukraynanın NATO-ya və ya Aİ-yə üzvlüyünün qarşısını ala bilər", – Kral Birləşmiş Qüvvələr İnstitutunun rəhbəri və ABŞ-nin NATO-dakı keçmiş əməkdaşı Dr. Reyçel Ellehuus hesab edir.

Onun fikrincə, bu, təkcə Ukraynanın problemi deyil. "Putinin diqqətdən kənar qalan ikinci bir məqsədi var, o da NATO və Avropa İttifaqına meydan oxumaq, onları sarsıtmaqdır. O, NATO-nun hər hansı üzvünə qarşı silahlı hücumun bütün üzv dövlətlərə qarşı hücum kimi nəzərdə tutan 5-ci maddənin çərçivələrini sınamaq istəyir", – Ellehuus deyib.

Məqalənin müəllifi Ukrayna ordusunun tükənməsinə və qələbəyə gedən aydın yolun olmamasına baxmayaraq, Ukraynanı hesabdan silməməyə çağırır. O, məhz Ukraynanın hazırda ən müasir hərbi texnologiya – pilotsuz uçuş aparatları sahəsində dünya lideri olduğunu xatırladıb.

Скопировано
Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 декабря 2025 315 просмотров
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 декабря 2025 315 просмотров
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 декабря 2025 315 просмотров
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 декабря 2025 315 просмотров
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 декабря 2025 315 просмотров
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 декабря 2025 315 просмотров
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 декабря 2025 315 просмотров
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 декабря 2025 315 просмотров
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 декабря 2025 315 просмотров
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 декабря 2025 315 просмотров
Выбранные
icon