Qalmaqal | Bu küçələrin adlarının dəyişdirilməsi tələb edilir
Bundestaq Vladimir İliç Lenin və Almaniya Demokratik Respublikası xadimlərinin adını daşıyan küçələrin adlarının dəyişdirilməsini tələb edir.
Bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, Bundestaq üzvləri bir sıra şərq şəhərlərində hələ də Leninin, Almaniyanın Sosialist Birlik Partiyası funksionerlərinin və hətta “Alman-Sovet Dostluğu” hərəkatının adını daşıyan küçələrin olduğunu bildirərək, onların dəyişdirilməsini təklif ediblər, lakin yerli hakimiyyət orqanları buna müqavimət göstərir.
Bildirilib ki, keçmiş Almaniya Demokratik Respublikası ərazisində ondan çox küçə Leninin adını daşıyır.
Onlar hesab edirlər ki, Almaniyada Lenin, Otto Qrotevol və ya Vilhelm Pik küçələri olmamalıdır, çünki bu adlar minlərlə qurbanın əzabını simvolizə edir:
“Lakin bir sıra yaşayış məntəqəsində bələdiyyə orqanları buna qarşı çıxır və iş məhkəməyə gedib”.
