Qeyri-adi gecə həyatı olan şəhər | Onlar hətta evin damında da... - ORALARDA NECƏDİR?
“Oralarda necədir?” rubrikasının budəfəki buraxılışında İtaliyanın paytaxtı Romadan bəhs edilib.
Bakıdan 3105 kilometr uzaqda yerləşən, əsası eramızdan əvvəl 753-cü ildə qoyulan Roma Tibr çayı üzərində, 7 təpədə qurulmuş qədim şəhərlərdən biridir.
Panteon, Müqəddəs Mələk qəsri və Müqəddəs Pyotr Bazilikası kimi tarixi abidələri ilə məşhur olan Roma bu gün də Avropanın ən çox turist qəbul edən şəhərlərindən biridir.
Romada qadınlar adətən uşaq dünyaya gətirdikdən sonra uzun müddət evdə qalmırlar və təxminən üç aydan sonra işə qayıdırlar. Uşaqlar isə əsasən özəl bağçalara verilir.
Roma həm də italyan kişilərinin ailə dəyərlərinə bağlılığı ilə tanınır. Burada analara böyük hörmət göstərilir və onların sözünə xüsusi önəm verilir. Bu xüsusiyyət italyan ailə münasibətlərində də özünü göstərir.
Romada da yol tıxacları tez-tez müşahidə olunur. Bu səbəbdən bir çox sakinlər motosikletlərə üstünlük verir. Şəhərdə maraqlı təşəbbüslərdən biri də plastik qabların təhvil verilməsi ilə nəqliyyatda istifadə edilən bilet qazanmaq imkanıdır.
Roma rəngarəng gecə həyatı ilə də seçilir. Əyləncələr yalnız gecə klublarında deyil, evlərin damlarında, muzeylərdə və müxtəlif açıq məkanlarda da təşkil olunur. Bu cür tədbirlər daha çox şəhərin varlı təbəqəsi arasında populyardır.
Тег #Roma используется
