"Savaş bitməyəcək, bütün region..." | Sensasiyalı şərt | Qan su yerinə axacaq? - Baku TV
“İran Amerika Birləşmiş Ştatları ilə savaşın tezliklə yekunlaşmasına imkan verməyəcək”.
Bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X”dəki hesabında yazıb.
“Tramp “biz bu müharibəni tez qazanmalıyıq” deyib, amma savaşı başlatmaq asan olsa da, müharibəni “Twitter”də bir neçə tvit paylaşmaqla yekunlaşdırmaq olmur”, – deyə Ə.Laricani bildirib.
İranın Milli Təhlükəsizlik Şurasının katibi ABŞ ilə savaşı bitirməyin şərtini də açıqlayıb: “Səhvinizi etiraf edib, buna görə cavab verməyənə qədər sizi buraxmayacağıq”.
Ə.Laricani həmçinin qeyd edib ki, İranın elektrik infrastrukturuna hücum olsa, bütün region qaranlığa qərq olacaq.
“Əgər bunu etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq. Bunun nəticəsində yaranan qaranlıq “təhlükəsizlik üçün qaçan” Amerika hərbçilərinin təqibinə şərait yaradacaq”, – deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Тег #ABŞ-İran müharibəsi используется
- ABŞ generalı İran tərəfdarlarını hədələdi - Baku TV CANLI
- Yunanıstanda ABŞ-İran münaqişəsinə qarşı etiraz aksiyası
- Avropa ölkələrinin əksəriyyəti bu əməliyyatları dəstəkləyir
- Müctəba Hüseyni Xamenei barədə təcili məlumat - Baku TV CANLI
- İranın şiddətli hücumları fonunda ABŞ və İsrail müharibənin daha təhlükəli mərhələsinə daxil olur?
