Выбрать плеер:
"Qırmızı xalça ilə qarşılanacaq" | Zelenski Ermənistana niyə gedəcək?
“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin mayın 4-də keçiriləcək sammiti ilə əlaqədar Ermənistana səfər edəcək”.
Bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna liderindən fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini bloklayıb.
Matevosyan bunu Ermənistanın Paşinyanın dövründə Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması ilə izah edib.
“Paşinyan Putinin Ermənistana səfərini blokladı, amma Zelenskini qırmızı xalça ilə qarşılayacaq”, – deyə politoloq əlavə edib.
Скопировано
