Выбрать плеер:

Trampı hədələyən şəxsi 10 il həbs cəzası gözləyə bilər

29 апреля 2026 25 просмотров

ABŞ-də Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komi Prezident Donald Trampa qarşı təhdid ittihamı ilə 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Bunu ABŞ-nin ədliyyə naziri vəzifəsini icra edən baş prokuror Todd Blanş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Komiyə ümumilikdə iki ittiham irəli sürülüb. Bunlardan biri dövlət başçısına qarşı təhdid, digəri isə bu təhdidin internet üzərindən yayılması ilə bağlıdır.

ABŞ qanunvericiliyinə əsasən, ştatlararası səviyyədə həyat və sağlamlığa təhdid məzmunlu məlumatların ötürülməsi ayrıca cinayət hesab olunur.

Blanş qeyd edib ki, hər iki ittiham üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur: “Hər hansı şəxsə qarşı ölüm təhdidi təhlükəli hərəkət və potensial cinayətdir. Ədliyyə Nazirliyi ABŞ Prezidentinə qarşı təhdidlərə heç vaxt dözümlü yanaşmayacaq”.

Məlumata görə, Komi 2025-ci ilin mayında sosial şəbəkədə 86 və 47 rəqəmləri formasında düzülmüş dəniz qabıqlarının fotosunu paylaşmaqla Trampa qarşı təhdid yaratmaqda ittiham olunur. İngiliscədə “to 86” ifadəsi kiməsə zərər yetirmək və ya öldürmək çağırışı kimi yozula bilər, 47 rəqəminin isə ABŞ-nin 47-ci prezidenti olan Donald Trampa işarə etdiyi bildirilir.

Скопировано
İrana görə Trampa qarşı məhkəmə iddiası qaldırılacaq?

İrana görə Trampa qarşı məhkəmə iddiası qaldırılacaq?

Dünya
29 апреля 2026 25 просмотров
Rusiya Nazirlər Kabineti ölkəyə daxil olan əcnəbilərlə bağlı qərarı təsdiqlədi - Baku TV CANLI

Rusiya Nazirlər Kabineti ölkəyə daxil olan əcnəbilərlə bağlı qərarı təsdiqlədi - Baku TV CANLI

Dünya
29 апреля 2026 25 просмотров
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Dünya
29 апреля 2026 25 просмотров
Neft bazarında gərginlik artır | Dünya neft qıtlığı ilə qarşı-qarşıya qalacaq? - Baku TV

Neft bazarında gərginlik artır | Dünya neft qıtlığı ilə qarşı-qarşıya qalacaq? - Baku TV

Dünya
29 апреля 2026 25 просмотров
İranın kölgə bank sistemini SEPAH-la nə bağlayır?

İranın kölgə bank sistemini SEPAH-la nə bağlayır?

Dünya
29 апреля 2026 25 просмотров
Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Dünya
29 апреля 2026 25 просмотров
Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Dünya
29 апреля 2026 25 просмотров
Çində yaşayış xərcləri artıb

Çində yaşayış xərcləri artıb

Dünya
29 апреля 2026 25 просмотров
Tramp Almaniya Kanslerini tənqid etdi

Tramp Almaniya Kanslerini tənqid etdi

Dünya
29 апреля 2026 25 просмотров
Böyük Britaniya Kralından Ukraynaya dəstək

Böyük Britaniya Kralından Ukraynaya dəstək

Dünya
29 апреля 2026 25 просмотров
Выбранные
icon