Выбрать плеер:
Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda xilasetmə briqadasına aviazərbələr endirib.
Bu barədə Livan Ordusundan bildirilib.
Məlumata görə, mülki müdafiə bölmələri və hərbçilər Məcdəl Zunda vətəndaşların xilas edilməsi üzrə əməliyyat həyata keçiriblər. "İsrailin atəşə tutması nəticəsində iki Livan əsgəri yaralanıb", – deyə bəyanatda deyilir.
Daha əvvəl İsrailin Livanın cənubundakı səkkiz qəsəbəyə, eləcə də Tir şəhərinin şərqindəki ərazilərə aviazərbələr endirdiyi bildirilib.
Qeyd edək ki, sonuncu əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərqinə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər ölüb, 59 nəfər yaralanıb.
Скопировано
