Выбрать плеер:

Ukraynada əhalinin kütləvi silahlandırılması həyata keçiriləcək? - Baku TV

24 апреля 2026 69 просмотров

Ukraynada cinsindən asılı olmayaraq yetkinlik yaşına çatmış şəxslərə özünümüdafiə məqsədilə silah gəzdirmə icazəsinin verilməsi, yaxud əhalinin kütləvi silahlandırılması təklif olunur.

Bu təkliflə Ukraynanın daxili işlər naziri İqor Klimenko çıxış edib. Buna səbəb son vaxtlar paytaxt Kiyev də daxil olmaqla Ukraynanın bəzi şəhərlərində mülki insanlara qarşı naməlum şəxslər tərəfindən törədilən terror aktlarıdır.

Məsələ ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Straşko bildirib ki, əhalinin mülki odlu silah əldə etmək hüququ barədə qanun layihəsi Ali Radadadır və parlament məsələ ilə bağlı qərar verəcək:

“Ukraynanın daxili işlər naziri İqor Klimenko mülki silah məsələsinin qanunvericilik yolu ilə tənzimlənməsini bəyan edib. Nazir əsas diqqəti icazəli silah almaq istəyən insanların müvafiq təlim keçməsinə və imtahan verməsinə yönəldir. Bunun üçün isə Ukraynada lazımi infrastruktur mövcud olmalıdır. Söhbət atış poliqonlarını da özündə ehtiva edən infrastrukturdan gedir. Nazir vətəndaşların silahlı özünümüdafiə hüququnu dəstəkləyir, lakin silah icazəsi alan şəxs mütləq hazırlıqlı olmalıdır. Burada söhbət həm də psixoloji hazırlıqdan gedir. Artıq yaxın zamanda daxili işlər naziri ictimaiyyətin, bu sahə üzrə mütəxəssislərin, eləcə də bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələr keçirməyi planlaşdırır”.

Qeyd edək ki, aprelin 17-də Kiyevdə silahlı bir nəfərin gündüz saatlarında küçədə dörd nəfərə qəfil hücum edərək onları öldürməsi və polisin məsələyə qeyri-adekvat reaksiyası ölkə ictimaiyyətini həm narahat edib, həm də hiddətləndirib.

Скопировано
Avropanın sanksiyaları davam edir

Avropanın sanksiyaları davam edir

Dünya
27 апреля 2026 69 просмотров
“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır” | NATO admiralı

“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır” | NATO admiralı

Dünya
27 апреля 2026 69 просмотров
Odessa vuruldu, 14 nəfər yaralandı

Odessa vuruldu, 14 nəfər yaralandı

Dünya
27 апреля 2026 69 просмотров
Tramp İrana 3 gün vaxt verdi: Neft infrastrukturları partladılacaq? - AKTUAL GÜNDƏM

Tramp İrana 3 gün vaxt verdi: Neft infrastrukturları partladılacaq? - AKTUAL GÜNDƏM

Dünya
27 апреля 2026 69 просмотров
"Hizbullah"ın baş katibi Livan hökumətinə meydan oxudu

"Hizbullah"ın baş katibi Livan hökumətinə meydan oxudu

Dünya
27 апреля 2026 69 просмотров
Skandalların mərkəzindəki FTB rəhbəri vəzifəsindən gedir?

Skandalların mərkəzindəki FTB rəhbəri vəzifəsindən gedir?

Dünya
27 апреля 2026 69 просмотров
İrana qarşı sanksiyalar ləğv ediləcək? - Baku TV CANLI

İrana qarşı sanksiyalar ləğv ediləcək? - Baku TV CANLI

Dünya
27 апреля 2026 69 просмотров
Neftin qiyməti ilə bağlı proqnoz yeniləndi

Neftin qiyməti ilə bağlı proqnoz yeniləndi

Dünya
27 апреля 2026 69 просмотров
İlon Mask süni intellektin iqtisadiyyatda yaradacağı dəyişikliklərdən danışdı

İlon Mask süni intellektin iqtisadiyyatda yaradacağı dəyişikliklərdən danışdı

Dünya
27 апреля 2026 69 просмотров
Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı

Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı

Dünya
27 апреля 2026 69 просмотров
Выбранные
icon