Выбрать плеер:
Avropanın sanksiyaları davam edir
“İrana qarşı sanksiyaların ləğv edilməsi hələ tezdir”.
Bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Berlində səsləndirib.
“İrana gəldikdə hesab edirik ki, sanksiyaların ləğvi üçün hələ tezdir. Çünki bu sanksiyaların tətbiq olunmasının səbəbi var. Bu səbəb isə onların öz əhalisinə qarşı davranışıdır. Təkcə bu ilin əvvəlindən etibarən rejim tərəfindən 17 min gənc öldürülüb. Bu, insan hüquqlarının, xüsusilə qadın hüquqlarının boğulmasıdır və İranda baş verən bir çox digər məsələlər də sanksiyaların tətbiqinə səbəb olub. Sanksiyaların ləğvi üçün əvvəlcə İranda dəyişiklik: əsaslı dəyişiklik görməliyik”, – deyə o bildirib.
Скопировано
