Выбрать плеер:

Trampın jurnalistləri qəbulu zamanı silahlı insident olub - Baku TV

26 апреля 2026 56 просмотров

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən insidentə görə təxliyə edilib.

Canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib. Ardınca xaos yaşanıb. Məxfi xidmət agentləri Prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Cey Di Vensi və Ağ Evin mətbuat katibini təxliyə ediblər.

Ağ Evin yaydığı məlumata görə, Donald Trampın iştirak etdiyi qəbulda atəş açan şəxs saxlanılıb.

“Biz gizli xidmətdən atəş açan şəxsin saxlanıldığını eşitdik”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, CNN atəş açan şübhəlinin öldürüldüyü barədə məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində atəş açan şəxsin bir neçə silah daşıdığını bildirib.

“Həmin şəxs təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum edib və ABŞ-nin məxfi xidmətinin cəsur üzvləri tərəfindən tutulub. Onlar çox cəld hərəkət ediblər”, – deyə Tramp söyləyib.

Onun sözlərinə görə, məxfi xidmətin zabitlərindən biri odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Lakin onun zirehli geyimi ağır xəsarətlərin qarşısını alıb.

“O, çox yaxın məsafədən çox güclü silahla vurulub. Lakin zirehli geyimi işə yarayıb. Mən zabitlə danışdım və o özünü çox yaxşı hiss edir”, – deyə ABŞ lideri qeyd edib.

Donald Tramp həmçinin əlavə edib ki, ilkin məlumata görə, atəş açan şəxs, çox güman ki, təkbaşına hərəkət edib və istintaq bunu təsdiqləməlidir.

Скопировано
Avropanın sanksiyaları davam edir

Avropanın sanksiyaları davam edir

Dünya
27 апреля 2026 56 просмотров
“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır” | NATO admiralı

“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır” | NATO admiralı

Dünya
27 апреля 2026 56 просмотров
Odessa vuruldu, 14 nəfər yaralandı

Odessa vuruldu, 14 nəfər yaralandı

Dünya
27 апреля 2026 56 просмотров
Tramp İrana 3 gün vaxt verdi: Neft infrastrukturları partladılacaq? - AKTUAL GÜNDƏM

Tramp İrana 3 gün vaxt verdi: Neft infrastrukturları partladılacaq? - AKTUAL GÜNDƏM

Dünya
27 апреля 2026 56 просмотров
"Hizbullah"ın baş katibi Livan hökumətinə meydan oxudu

"Hizbullah"ın baş katibi Livan hökumətinə meydan oxudu

Dünya
27 апреля 2026 56 просмотров
Skandalların mərkəzindəki FTB rəhbəri vəzifəsindən gedir?

Skandalların mərkəzindəki FTB rəhbəri vəzifəsindən gedir?

Dünya
27 апреля 2026 56 просмотров
İrana qarşı sanksiyalar ləğv ediləcək? - Baku TV CANLI

İrana qarşı sanksiyalar ləğv ediləcək? - Baku TV CANLI

Dünya
27 апреля 2026 56 просмотров
Neftin qiyməti ilə bağlı proqnoz yeniləndi

Neftin qiyməti ilə bağlı proqnoz yeniləndi

Dünya
27 апреля 2026 56 просмотров
İlon Mask süni intellektin iqtisadiyyatda yaradacağı dəyişikliklərdən danışdı

İlon Mask süni intellektin iqtisadiyyatda yaradacağı dəyişikliklərdən danışdı

Dünya
27 апреля 2026 56 просмотров
Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı

Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı

Dünya
27 апреля 2026 56 просмотров
Выбранные
icon