"ABŞ və İsrail quru əməliyyatlarına cürət etməyib" | Əmir Əkrəminiya
İran yaxın günlərdə Pakistandakı danışıqlar prosesi çərçivəsində ABŞ ilə müharibənin dayandırılmasına dair təklifin yenidən baxılmış variantını təqdim edə bilər.
Bu barədə CNN-in mənbələri bildirib.
Onların məlumatına görə, bu qərar ABŞ Prezidenti Donald Trampın sazişin İran tərəfindən daha əvvəl təqdim edilmiş variantını bəyənməməsi ilə bağlıdır.
Qeyd olunub ki, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfərindən sonra Tehrana qayıdacaq və ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparacaq.
Bununla yanaşı, mənbələr vurğulayıb ki, qərarın qəbulu prosesi İran hakimiyyətinin daxili fikir ayrılıqları səbəbindən çətinləşir.
Bu arada, İran Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Əmir Əkrəminiya yerli telekanala müsahibəsində qeyd edib ki, ABŞ və İsrail İrana qarşı quru əməliyyatına cürət etməyib. O əlavə edib ki, quru qoşunları ABŞ-nin region ölkələrindəki bazalarına "Fəcr" və "Fəth" raketləri ilə zərbələr endirib. Bu da ABŞ ilə İsraili quru müdaxilədən çəkindirib.
Onun sözlərinə görə, sərhədlərin qorunması üçün ordunun quru qoşunları tərəfindən görülən ehtiyat tədbirləri əhəmiyyətli idi.
"Çəkindirici mühüm amillərdən biri, sərhədlərin təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayan ordunun İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ilə birlikdə yüksək hazırlığı idi", – deyə o qeyd edib.
Тег #Abbas Əraqçi используется
- Əraqçinin Moskva səfərində diqqətçəkən məqamlar | Məcburi yaxınlaşma, yoxsa yeni ittifaq? - Baku TV
- "İranın neft infrastrukturu partladılacaq" | Trampdan İrana növbəti xəbərdarlıq - Baku TV
- İran XİN başçısı hansı məqsədlə Moskvaya səfər edəcək? - Baku TV
- Abbas Əraqçi Pakistandan Omana getdi
- İran xarici işlər naziri Pakistan Ordusunun baş komandanı ilə bir arada
