İran xarici işlər naziri Pakistan Ordusunun baş komandanı ilə bir arada
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabad şəhərinə səfəri çərçivəsində Pakistan Ordusunun baş komandanı Asim Munirlə görüş keçirib.
IRNA-nın məlumatına görə, görüşdə regionda təhlükəsizlik vəziyyəti, Yaxın Şərqdə artan gərginlik və diplomatik danışıqların perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin İran və Pakistan arasında siyasi, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Danışıqlarda bölgədə sabitliyin qorunması, gərginliyin azaldılması və diplomatik dialoqun davam etdirilməsi yolları diqqət mərkəzində olub.
Pakistan tərəfi regionda sülh və sabitliyin təmin olunması üçün dialoq və vasitəçilik təşəbbüslərini dəstəklədiyini bildirib.
Görüş zamanı iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin regional problemlərin siyasi və diplomatik yollarla həlli imkanları da müzakirə edilib.
Qeyd edək ki, rəsmi Tehran Əraqçİnİn Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüşməyəcəyini bəyan edib.
