İran XİN başçısı hansı məqsədlə Moskvaya səfər edəcək? - Baku TV
İranın xarici işlər naziri Abbas Əraqçinin Omana səfər etdikdən sonra nə üçün yenidən İslamabada qayıtdığına aydınlıq gətirilib.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, səfərlərin səbəbi nüvə məsələləri deyil.
Nəşr yazıb ki, Əraqçi Pakistan, Oman və Rusiyaya səfərləri əhatə edən regional turdadır. İslamabad və Omanda olduqdan sonra o, yenidən Pakistana yola düşüb. Bu səfərlər zamanı İran tərəfi müharibənin dayandırılması üçün zəruri olan şərtlər barədə vasitəçi ölkə kimi Pakistanı məlumatlandırıb.
Qeyd olunub ki, müzakirələr Hörmüz boğazında yeni hüquqi rejimin tətbiqi, kompensasiyaların ödənilməsi və təcavüzkar tərəfindən yeni müdaxilələrin olmayacağına dair zəmanətlərin alınması ilə bağlıdır.
Bu arada, Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək. O, görüşün yaxın günlərdə baş tutacağını bildirib.
İranın Rusiyadakı səfiri isə açıqlamasında vurğulayıb ki, Əraqçi bazar ertəsi Moskvaya səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində Yaxın Şərqdəki mövcud vəziyyət və münaqişə ilə bağlı danışıqlar aparılacaq.
