"Digər ölkələri də İrana qarşı olmağa çağırıram" | Netanyahu - Baku TV
İran Ordusu İsrailə və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd - 4" əməliyyatının 74-cü dalğasını həyata keçirib.
SEPAH-ın bəyanatına görə, hərbi obyektlərə "İmad", "Fateh", "Qiyam", "Qədr", Xeybərşekan" və "Xürrəmşəhr" raketləri və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.
“İran Silahlı Qüvvələrinin doktrinası özünümüdafiədən hücum xarakterinə keçib”.
Belə bir açıqlama ilə "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi çıxış edib.
Onun fikrincə, ABŞ və İsrail ordularını "sürpriz"lər gözləyir. O bildirib ki, ölkənin elektrik stansiyalarına hücum ediləcəyi təqdirdə, İran Hörmüz boğazını bağlayacaq.
Bütün bunların fonunda İsrailin Baş naziri Benyamin Netanyahu dünya liderlərini İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatına qoşulmağa çağırıb.
O bunu Arad şəhərinə səfərində deyib. Netanyahunun sözlərinə görə, İsrail və ABŞ artıq birgə fəaliyyət göstərir və digər ölkələrin də onlara qoşulmaq vaxtı çatıb.
