Выбрать плеер:

"Sərt yolla da olsa, buna nail olacağıq" | Trampdan İrana sərt xəbərdarlıq - Baku TV

20 апреля 2026 51 просмотров

ABŞ Prezidenti Donald Tramp "ABC News"a müsahibəsində İranla bağlı vəziyyət və sülh razılaşması barədə danışıb.

"Danışıqlar çox yaxşı olacaq", – deyə o bildirib.

Tramp əlavə edib ki, ya şərtləri qəbul edəcəklər, ya da problemlərlə üzləşəcəklər.

"Onlar Hörmüz boğazından keçəcək gəmilərlə bağlı öhdəlik götürmüşdülər. Amma artıq bu öhdəliyi pozublar, çünki gəmilərə atəş açılıb. Bu, atəşkəsin pozulmasıdır. Çox ciddi pozuntudur. Görək nə olacaq. Hesab edirəm ki, hər şey yaxşı olacaq", – deyə Ağ Ev rəhbəri söyləyib.

Donald Trampdan ABŞ və İran arasında sülh razılaşmasının mümkün olub-olmadığı da soruşulub. Onun cavabı belə olub: "Sülh razılaşması olacaq. Bu və ya digər şəkildə razılaşma olmalıdır. Ya yaxşı, ya da sərt yolla buna nail olacağıq".

Bu arada, Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla ABŞ-İran danışıqlarını müzakirə edib.

"Məsud Pezeşkianla dəyişən regional vəziyyətlə bağlı isti və konstruktiv söhbət etdim", – deyə Məhəmməd Şahbaz Şərif öz "X" hesabında yazıb.

"İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün İslamabada yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsini və Tehranda feldmarşal Asim Munirlə apardığı son müzakirələri yüksək qiymətləndirdim. Həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə liderləri ilə son görüşlərimdən əldə etdiyim fikirləri bölüşdüm. Onu əmin etdim ki, dostlarının və tərəfdaşlarının dəstəyi ilə Pakistan davamlı sülhün və regional sabitliyin dürüst və səmimi vasitəçisi kimi öz roluna tam sadiqdir", – deyə Pakistanın Baş naziri əlavə edib.

Скопировано
Avropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir və bu, regionda yeni vəziyyət yaradır - Baku TV

Avropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir və bu, regionda yeni vəziyyət yaradır - Baku TV

Dünya
21 апреля 2026 51 просмотров
İslamabad görüşü öncəsi gərginlik artır: böyük güzəştlər olacaq? - AKTUAL GÜNDƏM

İslamabad görüşü öncəsi gərginlik artır: böyük güzəştlər olacaq? - AKTUAL GÜNDƏM

Dünya
21 апреля 2026 51 просмотров
BMT savaşa görə hərəkətə keçdi? - "Bu, Rusiyaya 10 milyard dollar qazandıracaq" - Baku TV

BMT savaşa görə hərəkətə keçdi? - "Bu, Rusiyaya 10 milyard dollar qazandıracaq" - Baku TV

Dünya
21 апреля 2026 51 просмотров
İranın strategiyası üzə çıxdı | Gizli hazırlıqlar: Xamenei razılıq verir, Qalibaf isə... - Baku TV

İranın strategiyası üzə çıxdı | Gizli hazırlıqlar: Xamenei razılıq verir, Qalibaf isə... - Baku TV

Dünya
21 апреля 2026 51 просмотров
Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu keçiriləcək - ANA XƏBƏR

Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu keçiriləcək - ANA XƏBƏR

Dünya
21 апреля 2026 51 просмотров
Yaponiyada poliqonda bədbəxt hadisənin səbəbləri araşdırılır

Yaponiyada poliqonda bədbəxt hadisənin səbəbləri araşdırılır

Dünya
21 апреля 2026 51 просмотров
Aprelin 22-də Pakistan tərəfləri uzlaşdıra biləcək?

Aprelin 22-də Pakistan tərəfləri uzlaşdıra biləcək?

Dünya
21 апреля 2026 51 просмотров
İran döyüş meydanında sürprizlər hazırlayıb: yeni hədəflər hara olacaq? - AKTUAL GÜNDƏM

İran döyüş meydanında sürprizlər hazırlayıb: yeni hədəflər hara olacaq? - AKTUAL GÜNDƏM

Dünya
21 апреля 2026 51 просмотров
Fatih Birol enerji böhranına səbəb olan amillərdən danışdı

Fatih Birol enerji böhranına səbəb olan amillərdən danışdı

Dünya
21 апреля 2026 51 просмотров
“Aİ-nin genişlənməsi artıq sadəcə arzu deyil, geosiyasi zərurətdir” | Leyen

“Aİ-nin genişlənməsi artıq sadəcə arzu deyil, geosiyasi zərurətdir” | Leyen

Dünya
21 апреля 2026 51 просмотров
Выбранные
icon