Dünya
Выбрать плеер:

Rəisinin düşdüyü qəza ilə bağlı yeni iddia | İlkin nəticələr açıqlandı

24 мая 2024

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

Araşdırmaların yekununda məlum olub ki, nəqliyyat vasitəsinin üzərində güllə izlərinə rast gəlinməyib.

Bundan əlavə, helikopter yalnız dağla toqquşduqdan sonra alovlanmağa başlayıb. Məlumata görə, bu müddətdə pilot digər 2 pilotla əlaqə saxlaya bilib.

Onu da qeyd edək ki, helikopter müəyyən edilmiş marşrutla uçub və qəzaya bir dəqiqə yarım qalanadək orada qalıb. Lakin ərazinin mürəkkəbliyi, duman və temperaturun aşağı olması səbəbindən kəşfiyyat əməliyyatı gecə saatlarına qədər uzanıb və demək olar ki, bütün gecə boyu davam edib. Daha sonra səhər saatlarında İran PUA-larının köməyi ilə qəzanın dəqiq yeri aşkar edilib.

Məlumat üçün bildirək ki, uçuşun idarə olunması mərkəzi ilə heyət arasında aparılan danışıqlarda heç bir şübhəli hal qeydə alınmayıb. Hazırda qəza ilə bağlı məqamların böyük bir hissəsi açıqlanıb, lakin bir sıra faktların və detalların araşdırılması üçün daha çox vaxt lazım olduğu bildirilib.

Xatırladaq ki, mayın 19-da İran rəsmilərini daşıyan helikopter Şərqi Azərbaycan vilayətinin şimalında qəzaya uğrayıb. İran Prezidenti İbrahim Rəisi, ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Məhəmmədəli Əl-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti qəza nəticəsində həlak olublar.  

Скопировано
Ermənistanın müdafiə naziri Fransaya getdi

Ermənistanın müdafiə naziri Fransaya getdi

Dünya
17 июня 2024
Növbəti Sülh sammitinin vaxtı açıqlandı | Ukrayna üçün mühüm toplantı

Növbəti Sülh sammitinin vaxtı açıqlandı | Ukrayna üçün mühüm toplantı

Dünya
17 июня 2024
Yağış suları şəhəri əsir aldı | Ekvadorda əhali çətin vəziyyətdə

Yağış suları şəhəri əsir aldı | Ekvadorda əhali çətin vəziyyətdə

Dünya
17 июня 2024
Hindistanda sərnişin dolu qatarla yük qatarı toqquşdu | Ölənlər var

Hindistanda sərnişin dolu qatarla yük qatarı toqquşdu | Ölənlər var

Dünya
17 июня 2024
Məkkədə zəvvarların müəmmalı ölümü | İtkin düşənlər axtarılır

Məkkədə zəvvarların müəmmalı ölümü | İtkin düşənlər axtarılır

Dünya
17 июня 2024
Zelenski Ukraynanın gələcək planlarından danışdı

Zelenski Ukraynanın gələcək planlarından danışdı

Dünya
17 июня 2024
Gürcüstanın şimalında zəlzələ oldu

Gürcüstanın şimalında zəlzələ oldu

Dünya
17 июня 2024
"Taliban" Dohada BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcək

"Taliban" Dohada BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcək

Dünya
16 июня 2024
Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirləri görür

Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirləri görür

Dünya
16 июня 2024
Avropa ölkələrində keçirilən son seçkilərin nəticəsi | Qərb radikalizmə yox deyir?

Avropa ölkələrində keçirilən son seçkilərin nəticəsi | Qərb radikalizmə yox deyir?

Dünya
16 июня 2024
Выбранные
icon