Dünya
Выбрать плеер:

Zelenski Ukraynanın gələcək planlarından danışdı

17 июня 2024

“Qərb ölkələrindən əhəmiyyətli yardımlar var, lakin bu Ukraynanın Rusiya ilə müharibədə qələbəsi üçün yetərli deyil”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitindən sonra mətbuat konfransında deyib.

“Yardım var. Ciddi paketlər var. Qalib gəlmək üçün yetərlidirmi? Xeyr”, – deyə o əlavə edib.

Zelenski həmçinin yardımın gecikdiyini də qeyd edib. “Bu paketlər gücləndiriləcəkmi? Biz hər gün bunun üzərində işləyirik”, – deyə dövlət başçısı vurğulayıb.

Zelenski eyni zamanda bildirib ki, yaxın zamanda Ukraynaya F-16 qırıcı təyyarələri gətiriləcək. Bunu isə Ukrayna lideri Danimarkanın Baş naziri Matte Frederiksenlə görüşündən sonra deyib.

“Görüş zamanı yaxın zamanda Ukraynaya gətiriləcək Danimarkanın F-16 təyyarələrinin təhvil verilməsinə hazırlıq işlərinin gedişini müzakirə etmək imkanımız oldu. Baş nazirə sülh sammitində iştirak etdiyinə və Sülh Formulasının həyata keçirilməsinə Qlobal Cənub ölkələrinin cəlb edilməsində Danimarkanın fəal köməyinə görə minnətdaram”, – deyə Zelenski bildirib.

Скопировано
Dağıstandakı hücumda əsl məqsəd nə idi? - Rəhbər şəxsin övladları da orada...

Dağıstandakı hücumda əsl məqsəd nə idi? - Rəhbər şəxsin övladları da orada...

Dünya
26 июня 2024
Rusiya və Ukrayna arasında əsir mübadiləsi | Hərbçilər necə qaytarıldı?

Rusiya və Ukrayna arasında əsir mübadiləsi | Hərbçilər necə qaytarıldı?

Dünya
26 июня 2024
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı | Cinayət işi başlanıldı

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı | Cinayət işi başlanıldı

Dünya
25 июня 2024
Dağıstanda niqab qalmaqalı | Ölkə rəhbərindən sərt çıxış

Dağıstanda niqab qalmaqalı | Ölkə rəhbərindən sərt çıxış

Dünya
25 июня 2024
Putindən Ərdoğana vacib zəng | Prezidentlər nələri müzakirə etdi?

Putindən Ərdoğana vacib zəng | Prezidentlər nələri müzakirə etdi?

Dünya
25 июня 2024
Dağıstanın rəhbəri deputatlarla bağlı təcili göstəriş verdi | Detallar məlum oldu

Dağıstanın rəhbəri deputatlarla bağlı təcili göstəriş verdi | Detallar məlum oldu

Dünya
25 июня 2024
Aİ Gürcüstanı nədən məhrum edir? | Qalmaqallı qanun ləğv edilə bilər

Aİ Gürcüstanı nədən məhrum edir? | Qalmaqallı qanun ləğv edilə bilər

Dünya
25 июня 2024
Keniyada polislə etirazçılar arasında toqquşma | Ölənlər var

Keniyada polislə etirazçılar arasında toqquşma | Ölənlər var

Dünya
25 июня 2024
Azərbaycanlı polis Dağıstanda öz canını belə fəda edib | Məni onsuz da...

Azərbaycanlı polis Dağıstanda öz canını belə fəda edib | Məni onsuz da...

Dünya
25 июня 2024
ABŞ-dən "Hizbullah"a xəbərdarlıq | Ağ Ev kömək edəcək, yoxsa...

ABŞ-dən "Hizbullah"a xəbərdarlıq | Ağ Ev kömək edəcək, yoxsa...

Dünya
25 июня 2024
Выбранные
icon