Выбрать плеер:
Rusiyanın hədəfi Odessadır, çünki... | Zelenskidən kritik açıqlama
Rusiya Ukraynada Odessanı işğal etməklə, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna – Cənub-Şərqi Avropa” sammiti zamanı söyləyib.
Dövlət başçısı vurğulayıb ki, Rusiyanın hədəfi Odessadır: “Rusiya Ukraynanı Qara dənizdən ayırmaq üçün Odessa və Nikolayevi də ələ keçirmək istəyir. Onlar işğal etdikləri ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, Odessanı da məhv etmək niyyətindədirlər”.
Скопировано
