Şanşao şəhərindəki kitabxana turistləri cəlb edir
Səhİfələr arasında sehr! Çinin Şanşao şəhərində yerləşən bu kitabxananı ziyarətçilər belə adlandırırlar. Kitabxana “Harri Potter” filmlərindəki Hoqvarts məktəbini xatırladan dizaynı ilə diqqət çəkir.
Qeyri-adi formalı kitab rəfləri, spiral pilləkən, vitraj pəncərələr, əjdaha skeleti və tavandan asılan şarlar insanı bir başqa aləmə aparır.
Müxtəlif məzmunlu kitablar minlərlə mütaliə həvəskarını cəlb etdiyi kiimi məkanın nağılvari olması da bura çoxlu turist qazandırır. Buna görə də bura həm kitab oxumaq, həm də foto çəkdirmək üçün əsl məkana çevrilib.
Kitabxananın ən maraqlı xüsusiyyətlərindən biri onun təbii karst çökəkliyinin daxilində inşa edilməsidir. 100 mindən çox kitab saxlanılan bu məkanda qayalardan təbii kitab rəfləri kimi istifadə olunub.
