Выбрать плеер:
Selçuk Tengioğlu hakim qarşısına çıxarıldı | Hansı qərar verildi?
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edən Selçuk Tengioğlu hakim qarşısına çıxarılıb.
“İctimai vəzifə daşıyan şəxsə qəsdən xəsarət yetirmə”də ittiham olunan Selçuk Tengioğlunun barəsində həbs qərarı verilib. Həbs edilən şəxsin heç bir siyasi partiya və ya təşkilata mənsub olmadığı, psixi sağlamlıq problemi yaşamadığı məlum olub.
Xatırladaq ki, CHP sədri mayın 5-də Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önderin dəfn mərasimində hücuma məruz qalıb. Tengioğlu CHP sədrinin başına zərbə vurub.
Скопировано
