Serbiya Prezidenti qərardan sonra sabitliyin qorunmasını ölkəsi üçün əsas prioritet adlandırıb
Узнавайте о новостях первыми
Serbiya Prezidenti Aleksandar Vuçiç Haaqadakı Kosovo üzrə Xüsusi Palataların Məhkəmə Heyətinin keçmiş Kosovo Azadlıq Ordusunun sabiq rəhbərləri barədə çıxardığı hökmə münasibət bildirib.
O, Haaqadakı prosesi dünyadakı ikiüzlülüyün təzahürü kimi qiymətləndirib. Vuçiç dünyada Serbiyaya münasibətdə "ikili standartların" və "böyük ikiüzlülüyün" olduğunu vurğulayıb.
Onun sözlərinə görə, hökmlərin qanuni qüvvəyə minib-minməməsindən asılı olmayaraq serblər həmişə cinayətkar, digərləri isə azadlıq mübarizləri və qəhrəmanlar kimi təqdim olunacaq.
Vuçiç qeyd edib ki, Serbiya öz qurbanları ilə bağlı xatirə mədəniyyətinin inkişafını davam etdirməlidir.
"Əgər biz öz qurbanlarımızı xatırlamasaq, onları heç vaxt heç kim anmayacaq", – deyə A.Vuçiç vurğulayıb.
Тег #Aleksandar Vuçiç используется
- Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır
- Vuçiçin məğlubiyyəti regionda qüvvələr nisbətini dəyişəcəkmi? - Baku TV
- Fitsonun Serbiya və Slovakiyanın suveren siyasəti barədə mesajı nə olub?
- Serbiya Prezidenti vəzifəsindən uzaqlaşır?
- Vuçiçdən ölkəsinin gələcəyi ilə bağlı açıqlama | "Mən bunu edəcəyəm" - Baku TV CANLI
