Выбрать плеер:
Təyyarə bundan sonra yoxa çıxdı | Dəhşətli hadisənin detalları bilindi
Boliviyada göyərtəsində 5 nəfərin olduğu təyyarə itib.
Bu barədə ölkə prezidenti Luis Arse “Telegram” kanalında yazıb.
“Göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu təyyarənin itkin düşməsi ilə əlaqədar Fəlakətlərə Qarşı Birgə Hücum Komandanlığı və Silahlı Qüvvələrin axtarış-xilasetmə qrupları vasitəsilə dərhal axtarış aparılması barədə əmr vermişik. Təyyarə Beni departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən itib”, ‒ deyə Prezident deyib.
Boliviya Mülki Aviasiya İdarəsinin məlumatına görə, itən təyyarənin pilotu aprelin 30-da qəza siqnalı verib və o vaxtdan bəri əlaqə saxlamayıb. Həmin vaxt təyyarə Beninin paytaxtı Trinidaddan 109 km şimal-şərqdə olub.
Скопировано
